Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
    "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?

Son xəbərlər :
  • 800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...
  • Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev
  • Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
  • Şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu
  • Keçmiş icra başçısı Rusiyada vəfat etdi
  • 72 manatlıq ilk qonorar, 30 illik sevda - “Şərq”də keçən ömrüm
  • Bəzi gənclər niyə öz ixtisasları üzrə işləmək istəmirlər?
  • Azərbaycan idmançıları natural bodibildinq və fitnes üzrə Avropa çempionatında uğur qazanıblar - Video
  • Azərbaycan QHT-ləri İran Prezidenti Məsud Pezeşkiana açıq məktub ünvanlayıb
  • Dövlət başçısından daha bir SƏRƏNCAM
  • Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib
  • YAP-ın Balakən təşkilatının eks-sədri həbs edildi
  • Ermənistana keçən azərbaycanlı çoban geri qaytarıldı
  • Qarabağ qazisi vəfat etdi
  • Həyətdəki ağacı kəsdi: arvadı faciəvi şəkildə öldü
  • Azərbaycanın Milli Qəhrəmanının son durumu açıqlandı
  • İranda Azərbaycan dilində tədris aparılan bir məktəb yoxdur – Nazirlik
  • Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?
  • EYNİ DƏRMAN APTEKLƏRDƏ NİYƏ FƏRQLİ QİYMƏTƏ SATILIR? - Tarif Şurasından açıqlama
  • U-15 dünya çempionatı: Azərbaycan millisi İsrail yığmasını məğlub edib
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

LAÇINDAN VERİLƏCƏK SADƏ, LAKİN GÜCLÜ MESAJ! - Və ya strateji güc nümayişi

  • Tarix: 27-05-2025, 22:00

Türk-İslam dünyasının birgə strateji iradəsi ortaya qoyulur!

Laçından verilən bu mesaj, Zəngəzurdan Orta Asiyaya, Kəşmirdən Aralıq dənizinə, İstanbuldan Budapeştə qədər uzanan geniş bir coğrafiyada yeni bir güc mərkəzinin xəbərçisidir!


 İsmayıl İsmayılbəyli


"AzPolitika.info"-nun baş redaktor müavini

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində inşa olunan üçüncü beynəlxalq hava limanı olan Laçın Beynəlxalq Hava Limanı sabah – 28 may tarixində açılır.

"AzPolitika" xəbər verir ki, açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif iştirak edəcəklər. 

Bu, üç qardaş ölkənin liderlərinin azad edilən torpaqlarda birgə qatıldıqları növbəti mühüm tədbir olacaq. 

28 may 2025-ci il – Azərbaycanın müstəqillik günü – tarixə təkcə Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ilə deyil, həm də Azərbaycan, Türkiyə və Pakistan arasında getdikcə möhkəmlənən strateji, hərbi, diplomatik və iqtisadi müttəfiqliyin yeni mərhələsi kimi düşəcək. Hava limanının açılışında üç qardaş ölkənin liderlərinin iştirakı bu müttəfiqliyin rəmzinə çevrilir və geosiyasi mesaj daşıyır.

Qeyd edək ki, yeni hava limanı 1800 metr yüksəklikdə yerləşdiyi üçün Azərbaycanın ən yüksək hündürlükdəki hava limanı hesab olunur. Dağlıq ərazidə çətin relyef şəraitində inşa edilən hava limanı müasir infrastruktura malikdir.

Laçın hava limanı 30 km məsafədəki Laçın şəhərinə, 70 km uzaqlıqdakı Şuşaya və 60 km məsafədəki Kəlbəcərə yaxın yerləşir. 3000 metr uzunluğunda və 60 metr enində uçuş-enmə zolağına sahib hava limanı saatda 200 sərnişin qəbul edə bilən terminal binası ilə fəaliyyət göstərəcək.

Azərbaycanın Baş naziri Əli Əsədovun 26 may 2025-ci il tarixli sərəncamı ilə Laçın hava limanına “beynəlxalq” status verilib. Bununla da ölkədə beynəlxalq statusa malik hava limanlarının sayı 9-a çatıb.

Xatırladaq ki, Prezident Rəcəb Tayyib Ərdoğan daha əvvəl Füzuli Beynəlxalq Hava Limanının (26 oktyabr 2021) və Zəngilan Beynəlxalq Hava Limanının (20 oktyabr 2022) açılışlarında da Prezident İlham Əliyevlə birlikdə iştirak etmişdi.

Tarixi dostluqdan strateji ittifaqa

Azərbaycan, Türkiyə və Pakistan arasında mövcud münasibətlər sadəcə siyasi və iqtisadi maraqlarla məhdudlaşmır. Bu ittifaq ortaq milli kök, tarix, dil, mədəniyyət və din, eyni zamanda ideoloji yaxınlıq və strateji vizyonun uyğunluğu ilə möhkəmlənir.

-Pakistan Ermənistanı bu günə qədər tanımayan yeganə ölkədir və bu, Azərbaycanın ərazi bütövlüyünə olan prinsipial dəstəyin göstəricisidir.

-Türkiyə isə 44 günlük Vətən müharibəsi zamanı və sonrakı illərdə həm siyasi, həm də texniki-hərbi sahələrdə Azərbaycanın əsas tərəfdaşı kimi çıxış edib.




Azərbaycan, Türkiyə və Pakistan arasında formalaşmış "Üç Qardaş" strateji formatı, regionda sabitlik, əməkdaşlıq və təhlükəsizliyin əsas dayaqlarından birinə çevrilməkdədir. Bu əməkdaşlığın konkret təzahürlərindən biri də məhz azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və inkişaf layihələrində üç ölkənin ortaq iştirakıdır. Ərdoğan və Şərifin Laçında iştirakı yalnız dostluq jesti deyil – bu, beynəlxalq səviyyədə Azərbaycanla həmrəylik nümayişidir.

Laçın Hava Limanı: Strateji infrastruktur, regional körpü

Laçın Beynəlxalq Hava Limanı Azərbaycanın ən yüksək hündürlükdə yerləşən hava limanı olmaqla yanaşı, həm də regionun logistik, hərbi və turizm baxımından inkişafında mühüm rol oynayacaq.




Uçuş-enmə zolağının 3000 metr uzunluğu və hava limanının dağlıq relyefdə yerləşməsi onun çətin şəraitdə belə fəaliyyət göstərə bilən strateji obyekt olduğunu göstərir. Qeyd etdiyimiz kimi,  Laçın şəhərinə 30 km, Şuşaya 70 km, Kəlbəcərə 60 km məsafədə yerləşən bu hava limanı, Qarabağ bölgəsini beynəlxalq hava nəqliyyat şəbəkəsinə birləşdirəcək.

Laçın Beynəlxalq Hava Limanını əhəmiyyəti həm də aşağıdakılardır:

-Qarabağ və Şərqi Zəngəzur bölgəsinin geosiyasi mərkəzinə çevrilməkdədir;

-Azərbaycanın nəqliyyat təhlükəsizliyi və müdafiə logistikası baxımından strateji mövqedə yerləşir;

-Üç qardaş ölkənin liderlərinin burada bir araya gəlməsi, azad edilən ərazilərin beynəlxalq əməkdaşlığa açıq olduğunu göstərir.

Hərbi əməkdaşlıq: "Üç Qardaş" formatında güc birliyi

Azərbaycan, Türkiyə və Pakistan arasında hərbi sahədə əməkdaşlıq artıq təlim və texnoloji əməkdaşlıq mərhələsinə keçib. Xüsusilə “Üç Qardaş"” adlı hərbi təlimlərin 2021-ci ildə Bakıda keçirilməsi, üç ölkənin xüsusi təyinatlı qüvvələri arasında operativ qarşılıqlı fəaliyyətin koordinasiyasını gücləndirib.



Əsas əməkdaşlıq əsas istiqamətləri bunlardır:

-Birgə hərbi təlimlər: "Three Brothers – 2021" Bakıda keçirilən ilk üçtərəfli təlim idi. Bu təlimdə xüsusi təyinatlı qüvvələr, kiber və hibrid təhlükələrə qarşı əməliyyatlar, anti-terror əməliyyatları üzrə bacarıqlar test edildi;

-Müdafiə sənayesi əməkdaşlığı: Azərbaycanın Türkiyə ilə dron və pilotsuz uçuş aparatları (PUA) sahəsində əməkdaşlığı Pakistanın təcrübəsi ilə tamamlanır. Türkiyə və Pakistanın birgə istehsal etdiyi silah sistemlərinin Azərbaycanda tətbiqi getdikcə artır;

-Kəşfiyyat və təhlükəsizlik əməkdaşlığı: Bölgədəki qeyri-sabitlik fonunda, informasiya mübadiləsi və anti-terror əməkdaşlığı dərinləşməkdədir.

Bu əməkdaşlıq təkcə taktiki deyil, regional hərbi təhlükəsizlik sisteminin formalaşdırılmasına xidmət edir.

Bundan əlavəm müdafiə sənayesi sahəsində Türkiyə ilə birgə həyata keçirilən dron texnologiyaları və yüksək dəqiqlikli silah sistemləri üzrə əməkdaşlıq davam etdirilir. Pakistanla birlikdə gləcəkdə birgə hərbi istehsal layihələrinin və təlim mərkəzlərinin yaradılması planlaşdırılır.


Diplomatik koordinasiya

Üç ölkə arasında diplomatik koordinasiya da yüksələn xətt üzrə inkişaf edir. Müstəqillikdən bu yana Pakistan Ermənistanı rəsmi olaraq tanımamış və bu mövqeyi ilə hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. 

Türkiyə də yalnız sözlə deyil, əməli fəaliyyəti ilə Azərbaycanın yanında olub, beynəlxalq tribunalarda daimi dəstəyini nümayiş etdirib və etdirməkdədir.



Diplomatik koordinasiya özünü aşağıdakı sahələrdə göstərir:

1. Qarabağla bağlı diplomatik dəstək:

-Pakistan və Türkiyə BMT, İKT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünü ardıcıl şəkildə müdafiə edən ölkələrdəndir;

-Pakistan və Türkiyə diplomatları azad edilmiş ərazilərə səfərlər edərək, regionun inkişafı və reinteqrasiyası proseslərinə rəmzi və siyasi dəstək nümayiş etdirir.

2. İslam Əməkdaşlıq Təşkilatında koordinasiya:

-Üç ölkə İƏT çərçivəsində islam ölkələrinin maraqlarının müdafiəsi, fələstin məsələsi, Kəşmir və Qarabağ məsələləri üzrə qarşılıqlı dəstək formatında çıxış edirlər;

-Bu əməkdaşlıq həmrəylikdən daha çox, siyasi nüfuzun koordinasiyasına yönəlib.

3. “Qlobal Cənub” diplomatiyasının tətbiqi:

-Azərbaycan, Türkiyə və Pakistan “Qlobal Cənub” adlanan inkişaf etməkdə olan ölkələr blokunda ortaq maraqları müdafiə edən səs blokuna çevrilirlər.

-Bu birlik Çin və Qərb arasındakı qlobal geosiyasi rəqabətdə balanslaşdırıcı diplomatik güc formalaşdırır.

Strateji perspektiv: Birliyin gücü və GÜCÜN BİRLİYİ

Laçında baş tutan bu görüş və açılış yalnız bu gün üçün deyil, gələcək onilliklər üçün strateji bir yol xəritəsinin başlanğıcı hesab oluna bilər. İrəlidə bir sıra genişmiqyaslı əməkdaşlıq formatları nəzərdə tutulur:

-Birgə invеstisiya və inkişaf fondlarının yaradılması;

-Ortaq texnoloji və kiber təhlükəsizlik platformalarının qurulması;

-Yeni regional diplomatik platformaların təşkili – məsələn, "Üç Qardaş Dialoq Forumu";

Zəngəzur dəhlizi vasitəsilə Cənubi Qafqazı, Türkiyəni və Orta Asiyanı birləşdirən strateji nəqliyyat və enerji dəhlizinin tam inteqrasiyası.



Laçın Hava Limanının açılışı ilə verilən mesaj sadə, lakin güclüdür: Azərbaycan öz torpaqlarında tam suverendir və bu ərazilər yalnız bərpa olunmur – regional əməkdaşlıq və inkişafın əsas mərkəzinə çevrilir.

Türkiyə və Pakistanın bu prosesdə iştirakı isə onu göstərir ki, bu yol təkcə Azərbaycanın yolu deyil, ümumilikdə Türk və İslam dünyasının strateji istiqamətidir.

Bu birlik – sözdə deyil, əməldə – bölgədə sabitlik, tərəqqi və birgə gücün simvoluna çevrilməkdədir.

Bİr sözlə Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçında bir araya gəlməsi sıradan diplomatik hadisə deyil, regional gələcəyin konturlarını cızan strateji güc nümayişidir. Bu birlik:

-Azərbaycanın geosiyasi statusunu gücləndirir,

-Türkiyənin Qafqaz siyasətini dərinləşdirir,

-Pakistanın bölgədəki nüfuzunu artırır,

-Və ümumilikdə Türk-İslam dünyasının birgə strateji iradəsini ortaya qoyur.

Laçından verilən bu mesaj, Zəngəzurdan Orta Asiyaya, Kəşmirdən Aralıq dənizinə, İstanbuldan Budapeştə qədər uzanan geniş bir coğrafiyada yeni bir güc mərkəzinin xəbərçisidir!


Oxunub: 3 306
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 18:12 | 800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...
    Dünən, 18:09 | Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev
    Dünən, 18:08 | Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
    Dünən, 18:06 | Şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu
    Dünən, 17:26 | Keçmiş icra başçısı Rusiyada vəfat etdi
    Dünən, 15:55 | 72 manatlıq ilk qonorar, 30 illik sevda - “Şərq”də keçən ömrüm
    Dünən, 14:22 | Bəzi gənclər niyə öz ixtisasları üzrə işləmək istəmirlər?
    Dünən, 14:12 | Azərbaycan idmançıları natural bodibildinq və fitnes üzrə Avropa çempionatında uğur qazanıblar - Video
    Dünən, 13:45 | Azərbaycan QHT-ləri İran Prezidenti Məsud Pezeşkiana açıq məktub ünvanlayıb
    Dünən, 13:44 | Dövlət başçısından daha bir SƏRƏNCAM
    Dünən, 13:42 | Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib
    Dünən, 13:23 | YAP-ın Balakən təşkilatının eks-sədri həbs edildi
    Dünən, 13:21 | Ermənistana keçən azərbaycanlı çoban geri qaytarıldı
    Dünən, 13:10 | Qarabağ qazisi vəfat etdi
    Dünən, 12:57 | Həyətdəki ağacı kəsdi: arvadı faciəvi şəkildə öldü
    Dünən, 12:54 | Azərbaycanın Milli Qəhrəmanının son durumu açıqlandı
    Dünən, 12:50 | İranda Azərbaycan dilində tədris aparılan bir məktəb yoxdur – Nazirlik
    Dünən, 12:45 | Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?
    Dünən, 12:43 | EYNİ DƏRMAN APTEKLƏRDƏ NİYƏ FƏRQLİ QİYMƏTƏ SATILIR? - Tarif Şurasından açıqlama
    Dünən, 12:40 | U-15 dünya çempionatı: Azərbaycan millisi İsrail yığmasını məğlub edib
    Dünən, 12:34 | Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
    Dünən, 12:32 | Tibb xidməti leytenantı Adil Əfəndiyevin əziz xatirəsi ehtiramla anıldı
    Dünən, 11:50 | 14 İCRA HAKİMİYYƏTİNDƏ MİLYONLUQ YEYİNTİLƏR – Vəsaitlər necə mənimsənilib?
    Dünən, 11:42 | İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi
    Dünən, 11:38 | BŞİH: Ağacların kəsilməsində qayda pozuntusuna yol verən əməkdaş işdən azad edilib
    Dünən, 10:01 | Bakıda deputatın oğlunun da olduğu cinayətkar birliyin fəaliyyəti ilə bağlı RƏSMİ MƏLUMAT
    Dünən, 09:27 | Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video
    Dünən, 09:24 | Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
    Dünən, 09:19 | Qubadlı əməliyyatının az bilinən detalları: Xanlıqda nə baş verib? - Video
    Dünən, 09:14 | Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Dünən, 09:07 | Məktəb dərsliklərində plagiat iddiası: Nazirlikdən açıqlama - Video
    Dünən, 09:05 | Peşə təhsili müəssisələrində yüzlərlə vakant ştat boş qalıb? - Video
    Dünən, 09:01 | Netanyahu İrandan danışdı, nüvə partlayışını əks etdirən görüntü paylaşdı - Foto
    25-10-2026, 20:08 | "Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
    25-10-2026, 16:33 | Ukraynadan Rusiya ordusuna ağır zərbə
    25-10-2026, 14:56 | Altı il öncə bu gün – 25 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR
    25-10-2026, 14:34 | Azərbaycan Premyer Liqasında IX tur başa çatır: "Sabah" "Qarabağ"ı qəbul edir
    25-10-2026, 13:43 | Azərbaycanın U-15 millisi dünya çempionatında növbəti qələbəsini qazandı
    24-10-2026, 22:36 | “Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
    24-10-2026, 22:34 | Millimizdən dünya çempionatında böyükhesablı qələbə
    24-10-2026, 21:48 | Bəzi tibb işçilərinin maaşına 50 faizədək əlavə veriləcək
    24-10-2026, 21:37 | Məşhurlar ən çox bu kokteyli içir
    24-10-2026, 21:34 | Kafedəki dəhşətli qətlə görə, deputatın oğlunu hansı cəza gözləyir?
    24-10-2026, 21:30 | Çay içənlərə XƏBƏRDARLIQ
    24-10-2026, 21:25 | 10 yaşlı uşağa təcavüz edən "Akula Akif"in dəhşətli cinayəti: "Cinlər məni yoldan çıxardı"
    24-10-2026, 21:20 | Zeytun Festivalının açılışı olub - Foto
    24-10-2026, 20:55 | “Neftçi” - “Turan Tovuz” matçında heç-heçə, “Kəpəz”dən qələbə
    24-10-2026, 20:30 | Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəldi
    24-10-2026, 20:27 | U-15 DÇ: İlham Əliyev millinin oyununu izləyir
    24-10-2026, 20:26 | Qətl törədib gizlənən şəxslər saxlanıldı - DTX-dən əməliyyat
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.