Moskvada güclü partlayış baş verdi: 2 ölü, 6 yaralı
Moskvanın cənub-qərbində yerləşən yaşayış binasının doqquzuncu mərtəbəsindəki mənzildə partlayış və sonradan yanğın baş verib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə TASS-a məlumat yayıb. “İlkin məlumatlara görə, General Tyulenev küçəsindəki yaşayış binasında doqquzuncu mərtəbədə partlayış və sonradan yanğın baş verib. Hazırda iki mənzil yanır, səkkizinci və doqquzuncu mərtəbələr arasında uçqun olub”, - deyə bildirilib. Hadisə nəticəsində uşaqlar da daxil olmaqla 12 nəfər yaralanıb. *** General Tyulenev küçəsində baş verən partlayışda 2 nəfər ölüb, 6 yaralı var. Bu barədə Rusiya hüquq-mühafizə orqanları məlumat yayıb. *** Moskvada mənzildə güclü partlayışdan sonra baş verən yanğın söndürülüb. Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Yanğının sahəsi 100 kv.m təşkil edib.