Prezidentin yüksək vəzifə verdiyi İlham Mirzəliyev KİMDİR?
Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla İlham Mirzəliyev “Azəristiliktəchizat”a sədr təyin edilib. Mediaxeberleri.Az İ.Mirzəliyevin dosyesini təqdim edir: Mirzəliyev İlham Ata oğlu 1960-cı ildə anadan olub. İqtisadçı-mühəndisdir. 1982-2000-ci illərdə “Azərenerji” Dövlət Şirkətinin İstilik şəbəkələri müəssisəsində iqtisadçı-mühəndis, planalaşdırma və əmək üzrə böyük iqtisadçı, direktor müavini 2000-2005-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin “Bakı istilik şəbəkə” İstehsalat Birliyində Baş direktor müavini, 2 saylı İstilik idarəsində rəis müavini, Bakı şəhər İstilik idarəsində rəis müavini 2005-ci ildən "Azəristiliktəchizat" ASC-nin sədr müavini Azərbaycan Respublikası Prezidentinin 07.02.2022-ci il tarixli 3132 nömrəli sərəncamına əsasən "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvvəqəti icra edib. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 09 aprel tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilib. İqtisad üzrə fəlsəfə doktorudur. Ailəlidir, 2 övladı var.