Bakıda sənədləşmə adı ilə 30 minlik DƏLƏDUZLUQ
Bakının Binəqədi rayonu ərazisində dələduzluq hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əmlakın sənədləşdirilməsi vədi ilə bir nəfəri aldadıb 30 min manat ələ keçirən 65 yaşlı Ə.Məmmədov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Nərimanov rayonunda da bir nəfərə dələduzluq yolu ilə 1065 manat maddi zərər vurmuş 27 yaşlı E.Bəşirov saxlanılıb. Araşdırmalar aparılır.
Oxunub: 203
Xəbəri paylaş
Paylaş: