Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ
    Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ

Son xəbərlər :
  • Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət bayramı münasibətilə paylaşım edib
  • Bu rayonların icra hakimiyyətlərində həbslər BAŞLAYIR? – AÇIQLAMA
  • Kəlbəcərdə ağır qəza: Ölən və xəsarət alanın kimliyi məlum oldu
  • Bağça direktoru azyaşlıya qarşı zorakılıq edib?
  • Kiçik pomidorlarda böyük təhlükə!
  • Media əməkdaşlarının çəkiliş zamanı məktəbin həyətində hücuma qalmaları ilə bağlı araşdırma başladı
  • "ChatGPT"nin dərmanla bağlı məsləhəti qadının həyatına son qoydu - FOTO
  • Almaniya doğrudan dağılır? Hər 4 saniyədə 1 nəfər işini itirir
  • Bakıda 2 yaşlı uşağı qonşuya tapşırdı, qayıdanda öldüyünü gördü
  • Media əməkdaşlarının çəkiliş zamanı məktəbin həyətində hücuma qalmaları ilə bağlı araşdırma başladı
  • "Qarabağ" "Dinamo Zaqreb"lə qarşılaşdı
  • Sabah Bakının bu yolları bağlanacaq
  • Bakıda poliklinikada rentgen şəkillərini qızdırıcıda qurudurlar? - VİDEO
  • Gəncə şəhərində yolların əsaslı təmirini bu şirkət həyata keçirəcək – 4.8 milyon alacaq
  • Füzulidə yeniyetmənin şok qisası: atasına görə 86 minlik malı YANDIRDI
  • Bu nazirliyin mətbuat xidmətinin rəhbəri işdən çıxarıldı
  • Leyla və Arzu Əliyevalar konsertdə iştirak etdilər
  • 15 il əvvəl dövlət torpağını zəbt edib ev tikdi – Məhkəmə cəzalandırdı
  • Dövlət xətti ilə ipoteka kreditinin verilməsi qaydaları dəyişdi
  • Ağstafanın Aşağı Göycəli kəndindən olan Birinci Qarabağ müharibəsi şəhidimizin anası evində ziyarət olunub
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Köhnə sertifikatlar, keyfiyyətsiz mebellər, yarımçıq maliyyə hesabatı - "Embawood"da nə baş verir?

  • Tarix: 8-04-2025, 22:26

Müştəri məmnuniyyətini pozması, qüsurlu mal satması ilə bağlı tez-tez gündəm olan “Embawood” MMC artıq bir müddətdir istehlak bazarına nəzarət edən qurumların da “radarındadır”. İlin əvvəlində istehsalat sahəsindən atmosferə tüstünün yayılması ilə bağlı məsuliyyətə cəlb edilərək, cərimələnən şirkət barəsində mart ayında növbəti protokol tərtib edildi. “Embawood” bu dəfə də qüsurlu mal satmaqda və xarab malı geri qaytarmamaqda günahlandırıldı. Şirkətin fəaliyyətindəki qüsurlar təkcə atmosferi çirkləndirib, qüsurlu mal satmaqla bitmir.

Mediaxeberleri.Az Teleqraf-a istinadla xəbər verir ki, bundan əvvəl idarəçilik qaydalarını pozuduğu üçün İnzibati Xətalar Məcəlləsinin 597.0.1-ci maddəsi ilə (Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında qanunvericiliyin pozulması) protokol tərtib olunaraq məhkəməyə verilmişdi. Dövlət Gömrük Komitəsi isə İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsinə əsasən “Embawood” MMC-nin inzibati qaydada cərimə edilməsi barədə protokol tərtib etmişdi. Protokola Sumqayıt Şəhər Məhkəməsində baxılmışdı. Beləliklə, ölkədəki mebel bazarının 70 faizinə nəzarət edən şirkətin istər ixrac-idxal qaydalarını pozması, istərsə də qüsurlu mal satması dəfələrlə ictimailəşdirilib, hətta cəzalar tətbiq edilib. Lakin görünən odur ki, cəzalar “Embawood” MMC-nin fəaliyyətində müsbətə doğru dəyişiklik yaratmayıb.

Bu gün şikayətlərin böyük hissəsi qüsurlu mal kateqoriyasına aiddir. Sifarişlə mebel hazırlanarkən istehlakçılarla müqavilələrin bağlanması, malların çatdırılması və quraşdırıldıqdan sonra təhvil-təslim aktının tərtibi, sifarişlərin müqavilədə nəzərdə tutulan vaxtda və formada tam icra edilməsi müştərilərə vəd edilən səviyyədə deyil. Bir çox hallarda isə ünvana çatdırılan mebellərin keyfiyyəti reklam olunduğu, hətta vitirindəkindən qat-qat aşağı, materialları fərqli olur.

Vaxtı keçmiş sertifikatlar

Bir sözlə “Embawood” MMC-nin məhsulları illər əvvəl malik olduğu keyfiyyəti itirib. Bu gün 2004-cü ildə şirkətə verilən İSO 9001:2000 Beynəlxalq “Keyfiyyətin İdarə Edilməsi Sistemi” üzrə sertifikata yenidən baxılmasına ehtiyac yaranıb. Yeri gəlmişkən, həmin sertifikatın etibarlılıq müddəti 3 ildir. “Embawood” həmin vaxtdan sonra yenidən sertifikatlaşdırma auditi keçirməyib. MMC-nin 2015-ci ildə aldığı İSO 14001 ..2004 Beynəlxalq “Keyfiyyətin İdarə Edilməsi Sistemi” üzrə sertifikatın da müddəti (3 illikdir) başa çatıb. Onu da qeyd edək ki, bu sertifikat təşkilatların ətraf mühitə təsirlərini idarə etməsi, azaltması və hüquqi tələblərə uyğun işləməsi üçün bir çərçivə təqdim edir. Görünür, elə bu sertifikatının yararlıq müddəti keçdiyi üçün cari ilin əvvəlində şirkət istehsalat sahəsindən tüstünü atmosferə rahat yayıb. Başqa tərəfdən İSO 14001 ..2004 nömrəli sertifikat artıq yoxdur, yəni etibarsızdır. Bu versiya 2015-ci ildə yenilənib və ISO 14001:2015 versiyası ilə əvəz olunub. ISO 14001:2004 üzrə verilmiş bütün sertifikatlar isə 2018-ci ilin sentyabrına qədər keçərli hesab edilib.

Saxta brendlər

Bu gün “Embawood” MMC ölkədə ümumilikdə 140-a yaxın mağazası ilə “Madeyra”, “Embakitchen” brendləri adı altında fəaliyyət göstərir. Əslində MMC bu adlarla mebel sənayesində yeni ixtiralar etməyib. Məsələn, “Madeyra” – şirkət rəhbərliyinin portuqalca ağac sözünün səsləndirilməsindən ilhamlanaraq yaratdığı bu “brend” əslində MMC-nin köhnə kolleksiyasını və ən ucuz xammaldan hazırlanan məhsulları özündə birləşdirir. Yəni adının əksinə olaraq, “Madeyra” nın mebellərinin istehsalında istifadə edilən xammalın ağacla əlaqəsi yoxdur.

“Embakitchen” mebellərinin istehsalı isə “Embawood” şirkətinə məxsus 3 fabrikdə həyata keçirilir. İddia edilir ki, istehsalda Avtsriyanın beynəlxalq "Blum" şirkətindən və Türkiyənin "Samet" firmasından alınan keyfiyyətli materiallardan istifadə edilir. Halbuki beynəlxalq rəqabət qabiliyyətli mebel istehsal etmək üçün əsas şərt təkcə xammal yox, muasir texnoloji avadanlığın mövcudluğu və düzgün marketinq strategiyasıdır. Başqa tərəfdən mətbəx mebelleri şirkət tərəfdən sifariş götrürülür. Bu zaman müştəriyə MDF təklif edilir. Mebelin iç hissəsi laminat, üz hissəsi MDF membran və MDF akril olur. Yəni ölkədə fəaliyyət göstərən istehsal sexlərindəkı xammaldan fərqlənmir.

Müştəri şikayətləri

"Müştəriyəm şikayətim var" sosial qrupunda “Embawood” məhsullarının keyfiyətinə görə ən çox tənqid edilən, şikayət yazılan şirkətdir. Məsələn, Əlizadə Şahin adlı müştəri paylaşımında bildirib ki, martda “Embawood” şirkətindən nağd ödəniş edərək məhsul alıb. Məhsul ünvana işlənmiş, tozlu və qüsurlu formada göndərilib. Müştəri malı geri qaytarmağa qərar verib. Bu zaman şirkət 30 manat cərimə tətbiq edib.

Günel Quliyeva adlı müştəri isə paylaşımında qeyd edib ki, 30.12.2021 tarixində bu sirkətdən açılan masa alıb. Masanı istifadə etmək uçun açanda materialın keyfiyyətsiz oldugunu görüb. 10 gün ərzində stolun üzü qabıq qoyub. İstehlakçı 10.01.2022 tarixində şirkətə yaxınlaşıb məhsulun vəziyyəti ilə bağlı məlumat verib və geri qaytarılmasını tələb edib. Lakin şirkət bununla razılaşmayıb.

“Embawood” rəqəmlərdə

Son iki ildə “Embawood”un məhsullarının qiyməti azı iki dəfə bahalaşıb. Paralel olaraq da şirkətin borcu artıb. 2023-cü ilin audit hesabatına əsasən dövrün sonuna şirkətin uzunmüddətli debitor borcu 14 milyon 623 min manat olub. Pul vəsaitləri isə ilin əvvəlindəki 1 milyon 222 min manatdan 351 min manata düşüb.Uzunmüddətli faiz xərcləri yaradan öhdəlikləri 16 milyon 837 min manat olub. Beləliklə şirkətin uzunmüddətli öhdəlikləri 2023-cü ilin əvvəlindəki 67 milyon 754 min manatdan 75 milyon 956 min manata yüksəlib. Bundan əlavə əməliyyat gəlirləri 2022-ci ilin sonundakı 61 milyon 856 min manatdan 59 milyon 726 min manata düşüb. Əməliyyat mənfəəti 542 min 494 manat təşkil edir. Hansı ki 2023-cü ilin əvvəlində bu rəqəm 624 min 226 manat idi. Hesabat dövründə xalis məfəəti 65 min manat azalaraq 433 min manat təşkil edib. Maraqlıdır ki, audit hesabatında şirkətin satışları, Tbilisidə, Qazaxıstanda açdığı fabriklərin maliyyə göstəriciləri ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, 1996- cı ildə fəaliyyətə başlayan "Embawood" ilk fabrikini Masallıda qurub. 2000-ci il Xırdalanda ikinci fabrikini açıb. 2002-ci il “Embawood” brendi bazara çıxarılıb. 2005-ci ildə regional anbarlar qurulub. 2006-cı il – Tbilisidə, 2010-cu il Ukraynanın qərbində- Samborda, 2014-ci il Qazaxıstanda mebel fabrikləri açılıb. Özbəkistanda, Tacikistanda mağazalar açılıb.





Oxunub: 525
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 09:17 | Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət bayramı münasibətilə paylaşım edib
    Bu gün, 08:10 | Bu rayonların icra hakimiyyətlərində həbslər BAŞLAYIR? – AÇIQLAMA
    Bu gün, 07:53 | Kəlbəcərdə ağır qəza: Ölən və xəsarət alanın kimliyi məlum oldu
    Bu gün, 07:51 | Bağça direktoru azyaşlıya qarşı zorakılıq edib?
    Bu gün, 07:48 | Kiçik pomidorlarda böyük təhlükə!
    Bu gün, 07:47 | Media əməkdaşlarının çəkiliş zamanı məktəbin həyətində hücuma qalmaları ilə bağlı araşdırma başladı
    Bu gün, 07:45 | "ChatGPT"nin dərmanla bağlı məsləhəti qadının həyatına son qoydu - FOTO
    Bu gün, 07:44 | Almaniya doğrudan dağılır? Hər 4 saniyədə 1 nəfər işini itirir
    Bu gün, 07:42 | Bakıda 2 yaşlı uşağı qonşuya tapşırdı, qayıdanda öldüyünü gördü
    Bu gün, 00:03 | Media əməkdaşlarının çəkiliş zamanı məktəbin həyətində hücuma qalmaları ilə bağlı araşdırma başladı
    Dünən, 20:26 | "Qarabağ" "Dinamo Zaqreb"lə qarşılaşdı
    Dünən, 20:24 | Sabah Bakının bu yolları bağlanacaq
    Dünən, 20:11 | Bakıda poliklinikada rentgen şəkillərini qızdırıcıda qurudurlar? - VİDEO
    Dünən, 19:43 | Gəncə şəhərində yolların əsaslı təmirini bu şirkət həyata keçirəcək – 4.8 milyon alacaq
    Dünən, 19:42 | Füzulidə yeniyetmənin şok qisası: atasına görə 86 minlik malı YANDIRDI
    Dünən, 19:40 | Bu nazirliyin mətbuat xidmətinin rəhbəri işdən çıxarıldı
    Dünən, 19:38 | Leyla və Arzu Əliyevalar konsertdə iştirak etdilər
    Dünən, 18:27 | 15 il əvvəl dövlət torpağını zəbt edib ev tikdi – Məhkəmə cəzalandırdı
    Dünən, 18:25 | Dövlət xətti ilə ipoteka kreditinin verilməsi qaydaları dəyişdi
    Dünən, 18:21 | Ağstafanın Aşağı Göycəli kəndindən olan Birinci Qarabağ müharibəsi şəhidimizin anası evində ziyarət olunub
    Dünən, 18:13 | Zal Yusifovun oğlunun işi: Səs yazısı var...
    Dünən, 18:11 | Azərbaycanda aliment artırılacaq
    Dünən, 17:30 | Ağstafa rayon Heydər Əliyev Mərkəzində 8 Noyabr Zəfər Gününə ithaf olunan “Gülüstan” tamaşası nümayiş etdirilib
    Dünən, 16:42 | Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
    Dünən, 16:37 | Ramiz Mehdiyev Xoşqədəmi bu yolla öldürtmək istəyirmiş - Planın üstü necə açılıb?
    Dünən, 16:34 | Prezident 2 fərman imzaladı
    Dünən, 16:13 | Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarıldı
    Dünən, 16:11 | Mehdiabad sakinlərinin avtobus problemi: bəziləri gecikir, bəziləri qəsəbəyə girmir
    Dünən, 16:10 | 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü - O hadisədən əvvəl nə deyib? - YENİLƏNİB
    Dünən, 16:07 | Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
    Dünən, 15:30 | Daxili işlər naziri Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
    Dünən, 15:12 | Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu
    Dünən, 14:43 | Şirvan kanalından Hacıqabul gölünə su axıdılacaq
    Dünən, 14:16 | Bu yol tam bağlandı
    Dünən, 14:10 | Vəzifəli şəxslərə kənar fəaliyyətlərlə əlaqədar məhdudiyyətlər və qadağalar qoyulacaq
    Dünən, 13:59 | İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər
    Dünən, 13:57 | Yaşayış minimumu və ehtiyac meyarının məbləği artırıldı
    Dünən, 13:25 | Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb
    Dünən, 13:23 | Sabah qar yağacaq
    Dünən, 13:20 | Ümumi təhsil üzrə yeni standartlar hazırlanır - ilin sonuna qədər tamamlanacaq
    Dünən, 13:18 | Pensiyaçılar üçün 258, uşaqlar üçün 274 manat…
    Dünən, 13:16 | Bu vəzifə Fərman Qurbanlıya həvalə edildi
    Dünən, 13:15 | Prokurorluqdan məktəblinin ölümü ilə bağlı açıqlama
    Dünən, 08:22 | Salyandakı ailə faciəsinin təfərrüatı - VİDEO
    Dünən, 08:15 | Sərvət maqnitləri: Pulla bağlı şanslı olan 5 BÜRC
    Dünən, 08:12 | Azərbaycana ixrac edilən böyük təhlükə... - Deputat
    Dünən, 07:55 | Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı
    Dünən, 07:52 | Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI
    Dünən, 07:43 | Bəzi rayonlarda işıq olmayacaq
    Dünən, 07:30 | ABŞ ordusunda qeyri-adi hərbi təlimlər: Kütləvi məzarlar qazılıb
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.