Ağstafada yol qəzası olub, ölən var
Ağstafa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Mediaxeberleri.Az-ın məlumatına görə, Ağstafa rayonunun Xətai kəndi ərazisində "Mercedes" markalı avtomobil ağaca çırpılıb. Qəza nəticəsində avtomobilin sürücüsü, 2005-ci il təvəllüdlü, Bakı Dövlət Universitetinin Qazax filialının III kurs tələbəsi Mamayev Elin Kamal oğlu hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 778
Xəbəri paylaş
Paylaş: