Ərzaq mağazası yandı
Sabirabadda ərzaq mağazası yanıb. Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, rayonunun Şəhriyar kəndində ümumi sahəsi 120 m² olan ərzaq mağazasının yanar konstruksiyaları yanıb. Bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxunub: 261
Xəbəri paylaş
Paylaş: