Ölümlə nəticələnən qəzada xəsarət alanların sayı artdı
Cəlilabad rayonunda iki minik avtomobili toqquşub. Mediaxeberleri.Az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb. Qəza zamanı BMV markalı minik avtomobili ilə VAZ-21011 markalı minik avtomobili toqquşub. Qəza nəticəsində VAZ-2101 markalı minik avtomobilinin sürücüsü Sabir Niftəliyev xəsarət alıb, avtomobildəki sərnişin, 1961-ci il təvəllüdlü Gülsüm Abdullayeva isə dünyasını dəyişib. *** Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzasında xəsarət alanların sayı artıb. TƏBİB-dən bildirilib ki, martın 27-də saat 12:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 1953-cü il təvəllüdlü (kişi) şəxsə sağ döş qəfəsinin küt travması, sağ diz oynağının sınıqları və çıxıqlar, sağ saidin və əlin arxa səthinin cırılmış yaraları, 1998-ci il təvəllüdlü (kişi) şəxsə sol bazunun küt travması, sıyrılmış yaraları diaqnozu təyin edilib. Hazırda hər iki şəxsin vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir. Bir nəfərin xəstəxanayaqədər ölüm faktı qeydə alınıb.