“Bakı Biznes Mərkəzi”nin direktoru işdən çıxdı
İqtisadiyyat Nazirliyinə məxsus Bakı Biznes Mərkəzi MMC-nin direktoru Seyran Məmmədov işdən çıxıb. Mediaxeberleri.Az xəbər verir ki, şirkətə rəhbərlik müvəqqəti olaraq İlham Qurbanova həvalə olunub. Xatırladaq ki, "Bakı Biznes Mərkəzi" 2007-ci ildə 1 000 manat nizamnamə kapitalı ilə yaradılıb, Dənizkənarı Milli Parkda yerləşir. Onun açılışı 2010-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə baş tutub.
Oxunub: 396
Xəbəri paylaş
Paylaş: