Qondarma rejimin "polis"ləri silahları Xankəndidə qoyub Qarabağdan çıxdılar
Qondarma rejimin "daxili işlər nazirliyinin polisləri" silahlarının hamısını Xankəndidə qoyaraq Qarabağı tam şəkildə tərk ediblər. Mediaxeberleri.Az bildirir ki, bu barədə görüntülər teleqram kanallarında yayılıb. Qeyd edək ki, ötən gün Azərbaycanın Qarabağ bölgəsindəki qeyri-qanuni rejim özünü buraxdığını elan edib. Separatçıların rəhbəri Samvel Şahramanyan qondarma "Dağlıq Qarabağ Respublikası"nın mövcudluğuna xitam verilməsi haqqında "qərar" imzalayıb.
Oxunub: 226
Xəbəri paylaş
Paylaş: