Yarımstansiyada güclü partlayış baş verib, hava limanı bağlanıb
Londonun cənub-şərqində elektrik yarımstansiyasında güclü partlayış baş verib, Hitrou hava limanı elektriksiz qalıb. Bu barədə “Daily Mail” məlumat yayıb. Nəşr qeyd edir ki, partlayış Heys rayonunda baş verib. Hadisə yerində güclü yanğın baş verib. Yerli hakimiyyət orqanları güclü alov səbəbindən sakinləri və işçiləri yaxınlıqdakı müəssisələrdən təxliyə etmək qərarına gəlib. Londonun Hitrou hava limanının yanğına görə müvəqqəti bağlandığı elan edilib.
Oxunub: 295
Xəbəri paylaş
Paylaş: