Mövsüm dəyişir, bu şəxslərin səhhətində problem... - Terapevt
İnsan orqanizmi təbiətlə sıx əlaqədədir. Bu səbəbdən iqlim dəyişiklikləri və fəsil keçidləri bədənimizə təsirsiz ötüşmür. Xüsusilə yaz və payız aylarında bir çox insan müxtəlif sağlamlıq problemləri ilə qarşılaşır. Onun sözlərinə görə, fəsil dəyişiklikləri orqanizmin immun sisteminə təsir edir və bəzi xəstəliklərin aktivləşməsinə səbəb olur: “Yaz aylarında ən çox rast gəlinən problemlərdən biri allergik reaksiyalardır. Bu dövrdə ağacların, güllərin və otların çiçəkləməsi nəticəsində havaya yayılan tozcuqlar “polinoz” adlanan allergik xəstəliyə səbəb olur. Bu zaman insanlarda burun tutulması, asqırma, öskürək, göz yaşarması və qaşınma kimi simptomlar müşahidə edilir. Bundan başqa, immun sisteminin zəifləməsi nəticəsində virus infeksiyaları daha asan yayılır. Xroniki xəstəlikləri olan – xüsusilə ürək-damar problemləri, şəkərli diabet və maddələr mübadiləsi pozğunluğundan əziyyət çəkən insanlar hava dəyişikliklərindən daha çox təsirlənir”, - S.Hacıyev qeyd edib. Terapevtin sözlərinə görə, həkim müayinələrindən vaxtında keçmək, hava şəraitinə uyğun geyinmək və mövsümə uyğun qidalanmaq vacibdir: “Xroniki xəstəlikləri olan şəxslər isə sağlamlıqlarını nəzarətdə saxlamalı və mövsüm keçidləri zamanı ehtiyatlı davranmalıdırlar. Orqanizmin fəsil dəyişikliklərinə uyğunlaşması üçün vaxt lazımdır. Bu dövrdə sağlam həyat tərzinə diqqət yetirmək və erkən tədbirlər görmək vacibdir ki, mövsümi dəyişikliklər insanın ümumi vəziyyətinə mənfi təsir göstərməsin”.
Mediaxeberleri.Az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamsında terapevt Sübhan Hacıyev mövsum dəyişikliklərinin insan orqanizminə təsiri haqqında danışarkən deyib.