Mediaxeberleri.az
    
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
    “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
    Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
    Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
    Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək

Son xəbərlər :
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • Lukaşenko Moldovanın MDB-dən çıxmaq qərarını tənqid etdi
  • Azad edilmiş ərazilərdə güzəşt tətbiq edilən yeni istehsal və sənaye sahələri məlum oldu - Foto
  • Söhbət sağ qalmaqdan gedir – Kliçko Kiyev sakinlərinə müraciət etdi
  • Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • DİM-DƏ KADR DƏYİŞİKLİYİ - Abbaszadə əmr imzalayıb + FOTO
  • Çindən ABŞ-yə kimi 28-dən çox ölkənin rəsmiləri Bakıya gəlir
  • Məşhur görəndə özünü itirmək xəstəlikdir? - Bir FOTOnun min hoqqası
  • Yasamal rayonunda şəhidlərin anım mərasimi keçirildi
  • Azərbaycanın strateji valyuta ehtiyatları 89 milyard dolları keçdi
  • Bu gün Azərbaycan kubokunda I mərhələ başa çatır - TƏQVİM
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • Noyabrda neçə gün iş olmayacaq? - TƏQVİM
  • ADY-nin ən çox sərnişin gedən 5 stansiyası açıqlandı
  • Qaradağda əsgərləri daşıyan avtobus aşdı
  • Azərbaycan 2028-ci ildə MDB-yə sədrlik etməyə hazırdır - Prezident
  • Paşinyan Azərbaycan mahnısı ilə videosunu paylaşdı – "Sizi sevirəm"
  • 6 yaşlı uşağı döyən müəllim saxlanıldı
  • “Azərsun“ məşhur şirkəti özünə birləşdirdi
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Rəsul Quliyev Bakıya istintaqa çağırılacaq?

  • Tarix: 19-03-2025, 10:38

Baş Prokurorluq Azərbaycanın axtarışa verdiyi bir sıra təqsirləndirilən şəxslər barədə Cinayət-Prosessual Məcəlləsinin 467-13.4 maddəsinin tələbinə əsasən rəsmi bildiriş yaymağa başlayıb.

 

Vəkillər Kollegiyasının üzvü Vüsal Cəfərov  deyib ki,  2024-cü ilin əvvəlində Cinayət-Prosessual Məcəlləsinə əlavə olunan prosessual sənədlərin rəsmi qaydada verilməsi ilə bağlı yeni fəsilə əsasən, istintaqdan yayındıqları üçün barələrində məhkəmə qərarı ilə axtarış elan edilmiş şəxslər haqqında qiyabi icraat aparıla bilər.

 

V.Cəfərov qiyabi icraatın mahiyyətini bu cür izah edib: “Kimsə dələduzluq ittihamı ilə axtarışdadır, lakin illərlə xaricə qaçdığı üçün onun istintaq orqanına cəlb olunması mümkün olmur. Bu halda dövlət orqanları bütün vasitələrlə onu axtarmağa çalışırlar, amma heç bir nəticə olmursa, qanun müəyyən şərtlər əsasında həmin şəxsə qarşı cinayət işini qiyabi qaydada davam etdirməyə imkan verir”.

 

Qiyabi icraatın prosedurana gəlincə, vəkil deyib: “Məsələn, A şirkətinin direktoru M. böyük məbləğdə vergidən yayınma (Cinayət Məcəlləsinin 213-cü maddəsi) və ya dələduzluq (Cinayət Məsəlləsinin 178-ci maddəsi) ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunub. Onun haqqında iş başlanıb, evinə, ofisinə rəsmi çağırış vərəqələri göndərilib, telefonla xəbər edilib. Lakin o, ölkədən çıxaraq gizlənib və göndərilən bütün çağırışlara məhəl qoymur. 3 ay ərzində axtarış elan olunub, İnterpol xətti ilə axtarılır. Nəticə olmadıqda, prokurorluq məhkəmə nəzarətini həyata keçirən məhkəməyə vəsatət göndərir ki, biz bu şəxsə qarşı qiyabi icraat başlayaq. Məhkəmə dəyərləndirir ki, bütün prosedur addımlar atılıb, həmin şəxsə müdafiəçi təyin edilib, televiziyada və rəsmi saytlarda məlumat yerləşdirilib. Məhkəmə müsbət qərar verərək qiyabi icraatın aparılmasına icazə verir. Bu nümunədə məhkəmə və istintaq prosesi artıq həmin şəxsin iştirakı olmadan davam etdirilir”. “Teleqraf”ın araşdırmasına görə, Milli Məclisin sabiq sədri Rəsul Quliyev barəsində də Azərbaycanda axtarış elan edilib. 1996-ci ildə Amerika Birləşmiş Ştatlarına mühacirət edən sabiq spikerlə bağlı iki cinayət işi mövcuddur.

 

Birincisi, onun 1980-ci illərin sonları, 1990-ci illərin əvvəllərində Bakı Neftayırma Zavoduna rəhbərlik etdiyi dövrdə yol verdiyi qanunsuzluqlarla bağlıdır. R.Quliyev xüsusilə külli miqdarda neft məhsullarını xarici şirkətə satıb pulunu mənimsəməkdə ittiham olunur. Bu cinayət işi üzrə ona Cinayət Məcəlləsinin külli miqdarda dövlət əmlakını mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb.

 

Digər cinayət işi isə dövlət çevrilişinə cəhdlə bağlıdır. O, 2005-ci ilin 18 oktyabrında Ukraynanın Simferopol şəhərində Azərbaycanın tələbi ilə İnterpolun axtarışında olduğu üçün saxlanılmışdı. 2005-ci il 19 oktyabrda dövlət çevrilişinə cəhd ittihamı ilə cinayət işi açılaraq onun barəsində axtarış elan edilib.

 

Milli Məclisin keçmiş sədri ölkəyə gələ bilərmi və s. suallarla Rəsul Quliyevin Azərbaycandakı rəsmi nümayəndəsi, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğluna müraciət etdik. O, yayılan məlumatların reallıqdan uzaq olduğunu qeyd etdi: “Hesab edirəm ki, bu reallığı əks etdirmir. Rəsul Quliyev Ulu öndər Heydər Əliyevin ən yaxın silahdaşı olub. Mərhum prezidentimiz Heydər Əliyevlə bir yerdə müstəqil Azərbaycanın dövlətçilik ənənəsinin qurulmasında xidmətləri olmuş böyük şəxsiyyətdir. İstər 1993, istər 1994, istərsə də 1995-ci il qiyamlarının yatırılmasında, milli dövlətçiliyimizin möhkəmləndirilməsində müstəsna xidmətləri olub. Fikrimcə, Rəsul Quliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı xidmətlərinə ən böyük qiyməti Ulu öndər Heydər Əliyev Milli Məclisin plenar iclasında Rəsul bəy istefa verən zaman verib. Həmin vaxt Heydər Əliyevin səsləndirdiyi fikri istinad olaraq bölüşmək istəyirəm. Rəsul Quliyev ölkənin faktiki vəzifəcə iki postu sayılan Milli Məclis sədrliyindən istefa verəndə Heydər Əliyev bildirmişdi ki, Rəsul Quliyevin heç bir zaman, uzun illər keçsə belə xalqımız və dövlətçiliyimiz qarşısında göstərdiyi xidmətləri heç kəs dana bilməz, onun xidmətləri tarixə qızıl hərflərlə yazılacaq. Bu çıxış Milli Məclisin stenoqramında var. Məncə, Ulu öndərin bu mövqeyindən sonra məsələni artıq şərh etməyə ehtiyac qalmır. Amma mən də bir sıra mətbu orqanlarda yayılan məlumatları gördüm. Bildirirəm ki, Rəsul bəylə bağlı iddialarda ikinci hissə reallığı əks etdirmir. 2005-ci ildə açılmış cinayət işində adları çəkilən şəxslərin kimlikləri məlumdur. O prosesdə yer alan şəxslər qanun qarşısında cəzalandırılıblar. Rəsul Quliyevlə bağlı 2005-ci ildə cinayət işinin açılması halı, ümumiyyətlə, yoxdur. Bu, yalan məlumatdır. 80-90-cı illərlə bağlı açılmış cinayət işi isə absurddur. Bunun absurdluğunu 2005-ci ildə Rəsul Quliyev Azərbaycana gəlmək istəyəndə, Ukraynada saxlanılanda həmin dövrdə müvafiq qurumların Ukrayna tərəfinə təqdim etdiyi, yəni onun Azərbaycana təhvil verilməsi ilə bağlı sənədlər sübut edib. Həmin sənədlər yetərli sayılmamışdı. Hətta Ukrayna məhkəməsi belə bu cinayət işinin absurd olduğunu verdiyi qərarla sübut etmişdi. Nəticədə Rəsul bəy sərbəst buraxılmışdı. Nəhayət, 2016-cı ildə İnterpolun baş ofisi Rəsul Quliyevi axtarışda olan şəxslər sırasından çıxarıb. Bununla bağlı rəsmi sənəd var. İnterpolun baş ofisi də bu cinayət işini siyasi məzmunlu cinayət işi hesab edib. Azərbaycan cəmiyyəti də bu cinayət işini siyasi məzmunlu sayır. Müddəti ötdüyündən də arxivə göndərilib. Rəsul Quliyevlə bağlı xüsusi bir narahatlığa ehtiyac yoxdur".

 

A.Şakiroğlu bir vacib məsələyə də toxundu: “Bu gün ölkədə iqtidar-müxalifət dialoqu var. Ortada sağlam münasibətlər mövcuddur. Belə bir həssas zamanda ölkədə siyasi qütblərin bir arada olduğu vaxtda Rəsul Quliyevin adının hansısa bir siyahıya salınması hesab edirəm ki, uğursuz addım olardı.  Jurnalist dostlarımız da prokurorluğun müstəsna səlahiyyətlərinə qarışmamalıdır. Belə bir fikir varsa, Baş Prokurorluq digər şəxslər kimi Rəsul Quliyevlə bağlı da yaya bilər”. A.Şakiroğlu R.Quliyevin Azərbaycana qayıdıb-qayıtmayacağı barədə sualımıza belə cavab verdi: “Rəsul Quliyevin, ümumiyyətlə, Azərbaycana gəlmək kimi bir fikri yoxdur. Sözün yaxşı mənasında belə bir mövqeyinin olmamasını TV. Müsavata açıqlamasında özü də canlı yayımda ifadə edib. Onun ailəsi Amerikada yaşayır. Övladları, nəvələri, qızı və oğulları, ümumiyyətlə, birinci dərəcəli yaxın qohumları Amerikada yaşayır. Şəxsən Azərbaycana qayıtmaq fikri Rəsul Quliyevin özündə yoxdur. Nə vaxtsa xeyir işmi, yaxud hüzr olarsa, o zaman gəlmək istəsə, bu onun müstəsna hüququdur. Amma bu gün üçün belə bir məsələ gündəmdə deyil. Rəsul Quliyev hər dəfə bu mövzuda sual veriləndə öz mövqeyini açıq formada bildirib ki, Azərbaycana gəlmək kimi bir fikrim mövcud deyil. Dediyim kimi, sizin efirdə özü bunu dəfələrlə səsləndirib”.


Oxunub: 489
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 15:40 | PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    Bu gün, 12:59 | Lukaşenko Moldovanın MDB-dən çıxmaq qərarını tənqid etdi
    Bu gün, 12:57 | Azad edilmiş ərazilərdə güzəşt tətbiq edilən yeni istehsal və sənaye sahələri məlum oldu - Foto
    Bu gün, 12:16 | Söhbət sağ qalmaqdan gedir – Kliçko Kiyev sakinlərinə müraciət etdi
    Bu gün, 12:01 | Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı
    Bu gün, 11:56 | Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Bu gün, 11:52 | DİM-DƏ KADR DƏYİŞİKLİYİ - Abbaszadə əmr imzalayıb + FOTO
    Bu gün, 11:49 | Çindən ABŞ-yə kimi 28-dən çox ölkənin rəsmiləri Bakıya gəlir
    Bu gün, 11:42 | Məşhur görəndə özünü itirmək xəstəlikdir? - Bir FOTOnun min hoqqası
    Bu gün, 11:39 | Yasamal rayonunda şəhidlərin anım mərasimi keçirildi
    Bu gün, 11:37 | Azərbaycanın strateji valyuta ehtiyatları 89 milyard dolları keçdi
    Bu gün, 11:35 | Bu gün Azərbaycan kubokunda I mərhələ başa çatır - TƏQVİM
    Bu gün, 11:29 | “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    Bu gün, 11:26 | Noyabrda neçə gün iş olmayacaq? - TƏQVİM
    Bu gün, 11:22 | ADY-nin ən çox sərnişin gedən 5 stansiyası açıqlandı
    Bu gün, 11:19 | Qaradağda əsgərləri daşıyan avtobus aşdı
    Bu gün, 11:06 | Azərbaycan 2028-ci ildə MDB-yə sədrlik etməyə hazırdır - Prezident
    Bu gün, 10:58 | Paşinyan Azərbaycan mahnısı ilə videosunu paylaşdı – "Sizi sevirəm"
    Bu gün, 10:55 | 6 yaşlı uşağı döyən müəllim saxlanıldı
    Bu gün, 10:54 | “Azərsun“ məşhur şirkəti özünə birləşdirdi
    Bu gün, 10:26 | “TikTok”da “Daşqın əmlak ofisi” vətəndaşları necə aldadıb?
    Bu gün, 10:19 | C5-DƏN C6-YA TARİXİ KEÇİD... - Azərbaycanın Mərkəzi Asiya həmləsi
    Bu gün, 10:12 | VALIDEYNLƏR TƏDRISƏ CƏLB EDILSƏ NƏ BAŞ VERƏR?
    Bu gün, 10:03 | AFFA UEFA-nın qərarına qarşı çıxıb
    Bu gün, 09:55 | Elvin Mahmudzadə həbs edildi
    Bu gün, 09:53 | Əvvəl təcavüz edib, sonra boğaraq öldürüb: Ruhi xəstə olan Xəyalənin qətlə yetirildiyi hadisənin pərdəarxası - Foto
    Bu gün, 09:44 | İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir
    Bu gün, 09:13 | İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək"
    Bu gün, 09:04 | Misli Premyer Liqasında VII tur başlayır: "Neftçi" "Sabah"a, "Araz-Naxçıvan" "Kəpəz"ə qarşı
    Bu gün, 07:56 | Vətəndaşın pensiyasına təsir edəcək QƏRAR - VİDEO
    Bu gün, 07:54 | Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
    Bu gün, 00:00 | Hadrutun işğaldan azad edilməsindən 6 il ötür
    Dünən, 20:32 | Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
    Dünən, 19:56 | Cəbrayılda mina partlaması nəticəsində yaralanan gəncin vəziyyəti ağırdır - YENİLƏNİB
    Dünən, 19:54 | Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı
    Dünən, 19:52 | Dövlət başçıları Türkmənistanda konsert proqramında - Video
    Dünən, 19:39 | Maşınla ana və uşağının üstündən keçdi - Polis köməyə çatdı
    Dünən, 19:33 | Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək?
    Dünən, 19:27 | Azərbaycanın cüdo tarixində rekord...
    Dünən, 19:25 | Bakıda məşhur restoranda biabırçı vəziyyət - İddia
    Dünən, 17:01 | “Qızım iki ildən çoxdur komadadır, ekspertiza nəticələri saxtalaşdırılır...”
    Dünən, 16:59 | Gözlərinizi qorumaq üçün məsləhətlər
    Dünən, 16:57 | Hərbi xidmətə gedənlərlə bağlı VACİB AÇIQLAMA
    Dünən, 16:56 | Cəbrayılda mal-qara otaran şəxs minaya düşdü
    Dünən, 16:54 | Ermənistan bu ölkələr üçün viza qaydalarını dəyişdi
    Dünən, 13:43 | Paşinyandan Medvedevə kinayəli cavab: "Əsl təhlükənin rusiyalaşmaq olduğunu deyə bilərik"
    Dünən, 13:36 | Bakıya leysan yağacaq, şimşək çaxacaq
    Dünən, 13:32 | Adı qalmaqalda çəkilən lisey direktoru işdən çıxdı - Foto
    Dünən, 11:15 | Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
    Dünən, 11:11 | "Patriot" parkında növbəti korrupsiya skandalı - Milyardlıq tenderlər, milyonluq faizlər....
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.