Bahar Muradovanın rəhbərlik etdiyi qurumun yarım milyonluq tenderi ləğv edildi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məişət zorakılığı məlumat bankı sisteminin təkmilləşdirilməsi ilə bağlı elan etdiyi tender ləğv olunub. Mediaxeberleri.Az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib. Ümumi dəyəri 472 767 AZN olan satınalmanın ləğv edilməsinin səbəbi açıqlanmayıb. Qeyd: Komitənin rəhbəri Bahar Muradovadır.
Oxunub: 70
Xəbəri paylaş
Paylaş: