Məktəb direktoru vəzifəsindən azad edildi
Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli Tam Orta Məktəbin direktoru Gülbəniz Bayramova tutduğu vəzifədən azad edilib. G.Bayramova bir il öncə sözügedən məktəbə direktor təyin edilmişdi. Qeyd edək ki, ona bir müddət əvvəl Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən şiddətli töhmət və sonuncu xəbərdarlıq da verilmişdi.
Oxunub: 414
Xəbəri paylaş
Paylaş: