Mediaxeberleri.az
    
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
    “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
    Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
    Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
    Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək

Son xəbərlər :
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • Lukaşenko Moldovanın MDB-dən çıxmaq qərarını tənqid etdi
  • Azad edilmiş ərazilərdə güzəşt tətbiq edilən yeni istehsal və sənaye sahələri məlum oldu - Foto
  • Söhbət sağ qalmaqdan gedir – Kliçko Kiyev sakinlərinə müraciət etdi
  • Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • DİM-DƏ KADR DƏYİŞİKLİYİ - Abbaszadə əmr imzalayıb + FOTO
  • Çindən ABŞ-yə kimi 28-dən çox ölkənin rəsmiləri Bakıya gəlir
  • Məşhur görəndə özünü itirmək xəstəlikdir? - Bir FOTOnun min hoqqası
  • Yasamal rayonunda şəhidlərin anım mərasimi keçirildi
  • Azərbaycanın strateji valyuta ehtiyatları 89 milyard dolları keçdi
  • Bu gün Azərbaycan kubokunda I mərhələ başa çatır - TƏQVİM
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • Noyabrda neçə gün iş olmayacaq? - TƏQVİM
  • ADY-nin ən çox sərnişin gedən 5 stansiyası açıqlandı
  • Qaradağda əsgərləri daşıyan avtobus aşdı
  • Azərbaycan 2028-ci ildə MDB-yə sədrlik etməyə hazırdır - Prezident
  • Paşinyan Azərbaycan mahnısı ilə videosunu paylaşdı – "Sizi sevirəm"
  • 6 yaşlı uşağı döyən müəllim saxlanıldı
  • “Azərsun“ məşhur şirkəti özünə birləşdirdi
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

AZƏRBAYCANDAKI “YENİLMƏZ” RUSİYA ŞƏBƏKƏSİ... – Onun sıraları Mehdiyev və bir neçə sabiq nazirlə məhdudlaşırmı?

  • Tarix: 6-03-2025, 14:44

Bakıdakı “Rus Evi”-nin bağlanması və Azərbaycan-Rusiya münasibətlərində məlum səbəblərdən yaranan gərginlik fonunda bir müddət əvvəl mediamızda Azərbaycandakı Rusiya şəbəkəsinə dair məlumatlar yayımlandı. Həmin məlumatlarda qeyd edilirdi ki, çox yüksək ranqlı məmurlardan ibarət olan şəbəkə üzvləri vaxtilə Bakı ətrafındakı yaşayış məntəqələrindən birində, bağda yığışaraq, yeyib-içmək məclisləri təşkil edib, toplantılar keçiriblər.

Hətta şəbəkənin Moskvadan təyin olunmuş və tez-tez ölkəmizə gələn kəşfiyyat nümayəndəsi vasitəsilə idarə olunduğu da qeyd edilib. Şəbəkəyə Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin rəhbərlik etdiyi, onun üzvləri arasında sabiq nazirlər Əbülfəz Qarayev, Azad Rəhimov, Elmar Məmmədyarov və keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun olduğu iddia edilir.




Bu məlumatın ətrafında yaşanan müzakirələrdə önə çəkilən faktorlardan biri sözügedən şəbəkənin yalnız yuxarıda adı keçən şəxslərlə məhdudlaşmaması, daha geniş tərkibdə olmasıdır. Onun tərkibində Baş nazirin müavini Yaqub Eyyubov başda olmaqla, bir çox iri ranqlı məmurların və deputatların olduğu iddia edilir. Təbii ki, bu iddialar əsassız və məntiqsiz sayıla bilməz. Bəziləri hətta siyahıda yalnız Ramiz Mehdiyev və bir neçə sabiq nazirin adının çəkilməsini hazırda hakimiyyətdə olan və olmayan digər şəbəkə üzvlərinin diqqətdən kənarda saxlanmasına, yayındırılmasına xidmət etdiyini iddia edirlər. Əslində, bu iddia da məntiqsiz görünmür…

Hazırda vəzifədə olan, yaxud sabiq yüksək ranqlı məmurların Rusiya şəbəkəsilə əlaqələrini şərtləndirən əsas göstəricilərdən biri bu şəxslərin təkcə Rusiya elitasındakı siyasi və digər əlaqələri, Kremlin onları mükafatlandırması, orden-medal verməsi və s. deyil, həm də onların Rusiyada iri bizneslərinin, iqtisadi maraqlarının olmasıdır. Bu baxımdan diqqət cəlb edən şəxslərdən biri də Azərbaycan parlamentinin sabiq sədri Oqtay Əsədovdur. Onun da zaman-zaman Rusiya ilə əlaqələrinə dair mediada müxtəlif iddialar yer alıb. Həmçinin, O.Əsədovun sabiq MTN naziri Eldar Mahmudovla sıx əlaəqdə olduğu, hətta onun şəxsi agentlərindən biri olduğu barədə iddialar var.




Qeyd edək ki, məhz Mahmudovun “vurulmasından” sonra Əsədovun da ulduzu sönməyə başladı və qısa müddət sonra onun da siyasi karyerası sona çatdı. Oqtay Əsədov 2005-ci il dekabrın 2-dən 2020-ci il martın 10-dək (təxminən 15 il) Milli Məclisin sədri vəzifəsini tutub. 2000-ci ildə keçirilən növbədənkənar parlament seçkisin deputat mandatı qazansa da, sədr postuna seçilməyib. Oqtay Əsədov Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixində keçrilən növbədənkənar VII qurultayında İdarə Heyətinə də düşməyib. Həmçinin 1 sentyabr 2024-cü il tarixli növbədənkənar parlament seçkilərində hakim partiya tərəfindən namizədliyi irəli sürülməyib.

Lakin Əsədov Azərbaycanın siyasi elitasından uzaqlaşdırılsa da, böyük biznesləri, xüsusilə də Rusiyadakı biznesi, iqtisadi maraqları qalmaqdadır. Məlum olduğu kimi, Rusiyada Oqtay Əsədovun xanımı Zemfira Əsədovanın adına “Arizarum Qrup” adlı şirkət var. 3 il əvvəl mətbuatda gedən məlumatlardan aydın oldu ki, Zemfira Əsədova həm də Moskvanın Bakı küçəsində yerləşən striptiz kluba sahibdir. Hətta Moskva polisinin “Kapriz” adlı həmin klubda narkotik alverinə qarşı xüsusi əməliyyat keçirdiyi də bildirildi. Bu klub Z.Əsədovanın adına olan “Arizarum Qrup”-un balansında olub.



Rəsmi mənbələrdə Rusiyada fəaliyyət göstərən "Arizarum Qrup” şirkətinin (ООО "АРИЗАРУМ ГРУПП" – 7705176856) təkcə 2023-cü ildə əldə etdiyi gəlir 14 milyon 270 min rubl (260 min manat) göstərilir. Təbii ki, Rusiyadakı Azərbaycandan heç də geri qalmayan iqtisadi mühiti, korrupsiyalaşma səviyyəsini nəzərə alsaq, rəsmi gəlirlər real gəlirlərdən dəfələrlə az göstərilə bilər. Bu baxımdan təbii ki, Əsədovun Rusiyadakı iqtisadi maraqları, mülkiyyəti və gəlirləri rəsmi rəqəmlərdə qeyd olunanlardan qat-qat artıq ola bilər.



Ətraflı



Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.





Ya da olsun hazırkı Baş nazirin müavini Yaqub Eyyubov. Hələ 2014-cü ildə onun Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının Bakıda keçirilən iclasındakı çıxışını xatırladaq: “Yeni sanksiyalar Rusiyanı sındıra bilməyəcək, əksinə, onu möhkəmləndirəcək… 

Heç kim Rusiyanı sındıra bilməz, o, heç vaxt diz çökməyəcək, əksinə, sanksiyalar onu daha da möhkəmləndirəcək”. Bunu hansısa rəsmi Kreml təbliğatçısı yox, 25 ildir Azərbaycanın Baş nazirinin müavini vəzifəsini tutan şəxs deyir. Bununla yanaşı, Eyyubovun bir çox dünya ölkələrində, o cümlədən Rusiyada biznesi və iqtisadi maraqlarının olması barədə mediada məlumatlar dərc edilib. Rusiyanın “Proyekt” nəşri Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Serqey Narışkinin Yaqub Eyyubovla şəxsi əlaqələrinə dair araşdırma da dərc edib. Həmin materialda Narışkinin Eyyubovun Moskvada iri biznesi olan qudası - iş adamı Elman Bayramovla dostluq münasibətindən söz açılır…




Ümumiyyətlə, bir iri Azərbaycan məmurunun, hətta parlament sədri kimi yüksək strateji post tutan şəxsin xarici ölkədə, xüsusilə də Rusiya kimi bir ölkədə böyük biznesə sahib olması normal dövlətin təhlükəsizliyi üçün qəbuledilməzdir, nonsensdir. Məsələn, təsəvvür etmək olarmı ki, Türkiyə parlamentinin sədrinin Fransada, yaxud Yunanıstanda böyük biznesi olsun? Əlbəttə ki, yox!

Ancaq təəssüf ki, Azərbaycan reallıqları, Eldar Mahmudov kimisinin zamanında ölkəmizin milli təhlükəsizliyinə rəhbərlik etməsi fonunda bu cür anormal faktlar adi hal alıb.



Bir sözlə, ölkəmizdəki Rusiya şəbəkəsi, rus yumşaq gücü, təsir agenturası və s. əlbəttə ki, bir Ramiz Mehdiyev və bir neçə sabiq nazirlə məhdudlaşmır. Burada Rusiyanı, rus dilini “təmənnasız”, böyük ehtimalla hər hansı iqtisadi maraq güdmədən, sadəcə malik olduğu natamamlıq kompleksinə və dünya görüşü səviyyəsinə görə müdafiə edən Ayaz Salayev kimilərdən fərqli olaraq, Rusiyada ciddi maddi maraqları olanlar da var ki, onlar daha təhlükəlidir.

Onu da qeyd edək ki, elə indinin özündə də nəinki sabiq, hətta hazırda vəzifədə olan və Rusiyada böyük bizneslərə malik çoxlu sayda məmur və depuatat var. Bu isə həmin şəxsləri avtomatik olaraq Rusiya xüsusi xidmət orqanlarının “yeminə” və Azərbaycandakı Rusiya şəbəkəsinin potensial üzvünə çevirir. Onların Rusiyadakı iqtisadi maraqları və digər əlaqələrinə son qoyulmayınca, bu təhlükə qalacaq…

C.Məmmədov

“AzPolitika.info”


Oxunub: 510
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 15:40 | PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    Bu gün, 12:59 | Lukaşenko Moldovanın MDB-dən çıxmaq qərarını tənqid etdi
    Bu gün, 12:57 | Azad edilmiş ərazilərdə güzəşt tətbiq edilən yeni istehsal və sənaye sahələri məlum oldu - Foto
    Bu gün, 12:16 | Söhbət sağ qalmaqdan gedir – Kliçko Kiyev sakinlərinə müraciət etdi
    Bu gün, 12:01 | Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı
    Bu gün, 11:56 | Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Bu gün, 11:52 | DİM-DƏ KADR DƏYİŞİKLİYİ - Abbaszadə əmr imzalayıb + FOTO
    Bu gün, 11:49 | Çindən ABŞ-yə kimi 28-dən çox ölkənin rəsmiləri Bakıya gəlir
    Bu gün, 11:42 | Məşhur görəndə özünü itirmək xəstəlikdir? - Bir FOTOnun min hoqqası
    Bu gün, 11:39 | Yasamal rayonunda şəhidlərin anım mərasimi keçirildi
    Bu gün, 11:37 | Azərbaycanın strateji valyuta ehtiyatları 89 milyard dolları keçdi
    Bu gün, 11:35 | Bu gün Azərbaycan kubokunda I mərhələ başa çatır - TƏQVİM
    Bu gün, 11:29 | “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    Bu gün, 11:26 | Noyabrda neçə gün iş olmayacaq? - TƏQVİM
    Bu gün, 11:22 | ADY-nin ən çox sərnişin gedən 5 stansiyası açıqlandı
    Bu gün, 11:19 | Qaradağda əsgərləri daşıyan avtobus aşdı
    Bu gün, 11:06 | Azərbaycan 2028-ci ildə MDB-yə sədrlik etməyə hazırdır - Prezident
    Bu gün, 10:58 | Paşinyan Azərbaycan mahnısı ilə videosunu paylaşdı – "Sizi sevirəm"
    Bu gün, 10:55 | 6 yaşlı uşağı döyən müəllim saxlanıldı
    Bu gün, 10:54 | “Azərsun“ məşhur şirkəti özünə birləşdirdi
    Bu gün, 10:26 | “TikTok”da “Daşqın əmlak ofisi” vətəndaşları necə aldadıb?
    Bu gün, 10:19 | C5-DƏN C6-YA TARİXİ KEÇİD... - Azərbaycanın Mərkəzi Asiya həmləsi
    Bu gün, 10:12 | VALIDEYNLƏR TƏDRISƏ CƏLB EDILSƏ NƏ BAŞ VERƏR?
    Bu gün, 10:03 | AFFA UEFA-nın qərarına qarşı çıxıb
    Bu gün, 09:55 | Elvin Mahmudzadə həbs edildi
    Bu gün, 09:53 | Əvvəl təcavüz edib, sonra boğaraq öldürüb: Ruhi xəstə olan Xəyalənin qətlə yetirildiyi hadisənin pərdəarxası - Foto
    Bu gün, 09:44 | İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir
    Bu gün, 09:13 | İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək"
    Bu gün, 09:04 | Misli Premyer Liqasında VII tur başlayır: "Neftçi" "Sabah"a, "Araz-Naxçıvan" "Kəpəz"ə qarşı
    Bu gün, 07:56 | Vətəndaşın pensiyasına təsir edəcək QƏRAR - VİDEO
    Bu gün, 07:54 | Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
    Bu gün, 00:00 | Hadrutun işğaldan azad edilməsindən 6 il ötür
    Dünən, 20:32 | Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
    Dünən, 19:56 | Cəbrayılda mina partlaması nəticəsində yaralanan gəncin vəziyyəti ağırdır - YENİLƏNİB
    Dünən, 19:54 | Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı
    Dünən, 19:52 | Dövlət başçıları Türkmənistanda konsert proqramında - Video
    Dünən, 19:39 | Maşınla ana və uşağının üstündən keçdi - Polis köməyə çatdı
    Dünən, 19:33 | Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək?
    Dünən, 19:27 | Azərbaycanın cüdo tarixində rekord...
    Dünən, 19:25 | Bakıda məşhur restoranda biabırçı vəziyyət - İddia
    Dünən, 17:01 | “Qızım iki ildən çoxdur komadadır, ekspertiza nəticələri saxtalaşdırılır...”
    Dünən, 16:59 | Gözlərinizi qorumaq üçün məsləhətlər
    Dünən, 16:57 | Hərbi xidmətə gedənlərlə bağlı VACİB AÇIQLAMA
    Dünən, 16:56 | Cəbrayılda mal-qara otaran şəxs minaya düşdü
    Dünən, 16:54 | Ermənistan bu ölkələr üçün viza qaydalarını dəyişdi
    Dünən, 13:43 | Paşinyandan Medvedevə kinayəli cavab: "Əsl təhlükənin rusiyalaşmaq olduğunu deyə bilərik"
    Dünən, 13:36 | Bakıya leysan yağacaq, şimşək çaxacaq
    Dünən, 13:32 | Adı qalmaqalda çəkilən lisey direktoru işdən çıxdı - Foto
    Dünən, 11:15 | Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
    Dünən, 11:11 | "Patriot" parkında növbəti korrupsiya skandalı - Milyardlıq tenderlər, milyonluq faizlər....
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.