Spirt daha bir can aldı
Bakıda daha bir nəfər metil spirtindən zəhərlənərək ölüb. Mediaxeberleri.Az lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində baş verib. Burada evlərdən birində 46 yaşlı S.Lukoninin meyiti tapılıb. İlkin ehtimala görə, onun texniki spirtdən zəhərlənərək öldüyü güman edilir. Mərhumun meyiti tapılandan 3-4 gün əvvəl öldüyü bildirilir. Hazırda faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, son günlər Bakıda 20-dən çox adam metil spirtindən zəhərlənərək ölüb.
Oxunub: 227
Xəbəri paylaş
Paylaş: