Bakıda Türkiyə vətəndaşını bıçaqlayan şəxsə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa zərər vurmada təqsirləndirilən Elvin Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə, hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. İttihama görə, hadisə 2024-cü ilin aprelində paytaxtın Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, 2005-ci il təvəllüdlü Elvin Məmmədov tanışı, Türkiyə vətəndaşı, 2003-cü təvəllüdlü Evcil Abdulhakim Sabri oğlunu bıçaqlayıb. Daha sonra o, saxlanılıb və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.
Oxunub: 168
Xəbəri paylaş
Paylaş: