Mediaxeberleri.az
    
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
  • 
  • Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
    Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
  • 
  • Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
    Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
  • 
  • Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
    Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
  • 
  • TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
    TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
  • 
  • PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
    PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
  • 
  • Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
    Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
  • 
  • Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
    Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
  • 
  • "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
    "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
  • 
  • Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
    Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
  • 
  • "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
    "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
  • 
  • Qarabağa qayıdışın tarixi: Zəfərdən suverenliyə uzanan altı il - Foto/Video
    Qarabağa qayıdışın tarixi: Zəfərdən suverenliyə uzanan altı il - Foto/Video

Son xəbərlər :
  • Həyətyanı sahələrin özəlləşdirilməsi üçün əsas yaradılır
  • 42 yaşlı rəis qəfil öldü - Foto
  • “Tələbələrin müraciətini nəzarətə götürmüşəm” - Məleykə Abbaszadə
  • Azərbaycanda bu dövlət rüsumu 100 manatdan 25 manata endirilir
  • Deputatdan sənədsiz evlərlə bağlı açıqlama
  • Bakıda ərini öldürərək həyətdə basdırmaqda təqsirləndirilən qadın barədə qərar verilib
  • İki psixiatriya xəstəxanasında həkim çatışmazlığı... – Rəsmi
  • Sabah hava necə olacaq?
  • 20 tələbə 200 AZN təqaüd alacaq
  • ATU-nun Stomatologiya fakültəsinin 70 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
  • Adı generalın qızı ilə məhkəmə işində hallanan vəzifəli şəxs işdən çıxarıldı
  • 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov - Video
  • “SÜLHÜ POZMAQ VƏ MÜHARİBƏNİ YENİDƏN BAŞLATMAQ İSTƏYİRLƏR...” – “Üçüncü Ermənistana qayıtmağa çalışırlar”
  • BANK KARTLARINDAN PULLARIMIZ BELƏ OĞURLANIR... – Dələduzların yeni ÜSULLARI
  • Xəstə çağırışçıları ORDUYA KİM YIĞIR? - DİQQƏT: SOS!
  • İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında
  • "Milan" və "Beşiktaş"dan qələbə
  • AzTU-da ağciyər xərçənginin aşkarlanmasında süni intellekt layihəsi təqdim olunub - FOTOLAR
  • Kəlağayı - Natəvan Dəmirçioğlunun hekayəsi
  • Simonyan dekabrda Azərbaycana səfər edəcək: Hansı məsələlər müzakirə olunacaq?
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Ali Məhkəmədən vərəsələr arasındakı mübahisəyə dair MÜHÜM QƏRAR

  • Tarix: 4-03-2025, 10:28

Azərbaycan Respublikasının Ali Məhkəməsi vərəsələr arasında ixtilafların həll edilməsi zamanı vərəsəlik şəhadətnamələrinin hüquqi əhəmiyyətinə dair vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

 

Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

 

Bildirilib ki, işin hallarına görə, iddiaçı miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və eyni tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, mirasın 1/4 hissəsinə dair ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyinin notariat ofisinə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib.

 

Birinci instansiya məhkəməsi iddianı tam təmin edib, apellyasiya instansiyası məhkəməsi qətnaməni "mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, mirasın 1/4 hissəsinə dair iddiaçıya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin notariat ofisinin üzərinə qoyulması" hissəsində ləğv edib, həmin hissədə iddianı rədd edərkən qeyd edib ki, hazırda iddiaçının ləğvini tələb etdiyi qanun üzrə vərəsəlik haqqında şəhadətnamə özündən əvvəl tərtib edilmiş digər şəhadətnamələrdən (mülkiyyət hüququ və qanun üzrə vərəsəlik hüququ haqqında) qaynaqlanıb, lakin iddiaçı həmin şəhadətnamələri mübahisələndirməyib. Vərəsələrin, o cümlədən iddiaçının miras əmlakın 1/4 hissəsinə payı yalnız bu şəhadətnamələr ləğv edildikdən sonra tanına bilər.

 

Kassasiya instansiya məhkəməsinin mövqeyi:

 

Notariusun verdiyi vərəsəlik şəhadətnaməsi vərəsələrin miras hüquqlarını yaratmır. Belə ki, qurucu mahiyyətdə olmayan və əqd sayılmayan vərəsəlik şəhadətnaməsi, vərəsələrin miras əmlaka artıq qanun əsasında yaranmış hüquqlarını təsdiqləyən (açıqlayan), eləcə də müvafiq qeydiyyatın aparılmasına əsas təşkil edən sənəddir.

 

Bununla belə, vərəsələrin dairəsi, payların nisbəti və digər münasibətlərlə bağlı vərəsələr arasında fikir ayrılığı olduqda mübahisə məhkəmə tərəfindən həll edilir. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır.

 

Vərəsəlik mübahisəsi üzrə çıxarılan məhkəmə qərarı bir qayda olaraq, miras əmlaka payların müəyyən olunması və ya mirasın bölüşdürülməsi, yaxud digər ixtilaflar üzrə vərəsələr arasındakı mübahisəni birdəfəlik həll edir və yekun hüquqi nəticə yaradır. Bununla da, vərəsələrin miras əmlaka paylarını təsbit edən (və ya mirasın bölüşdürülməsi nəticəsində konkret əşyalar üzərində vərəsələrin mülkiyyət hüquqlarını tanıyan) məhkəmə qərarı ilə miras şərikliyinə, dolayısı ilə vərəsəlik hüquq münasibətlərinə son verilir.

 

Odur ki, məhkəmə, göstərilən münasibətlərlə bağlı mübahisəni həll etdikdə (və ya bundan sonra) eyni miras əmlaka dair eyni vərəsələrə vərəsəlik şəhadətnaməsi verilməsinə ehtiyac olmadığı kimi, həmin məsələlərlə bağlı notariat orqanının daha əvvəl verdiyi şəhadətnamələrin də hüquqi əhəmiyyəti qalmır.

 

Bu səbəbdən notariusun verdiyi vərəsəlik şəhadətnaməsi (orada əks olunan pay nisbəti, vərəsələrin dairəsi və s.) ilə razılaşmayan vərəsə məhkəmədə iddia qaldıraraq özünün vərəsəlik payının müəyyən edilməsini və mülkiyyət hüququnun tanınmasını tələb etdikdə, məhkəmə, mübahisəli münasibətlərlə bağlı notariusun verdiyi şəhadətnamələrin əsaslılığını öz xidməti vəzifəsinə görə yoxlayır. Çünki mülkiyyət, o cümlədən vərəsəlik hüququnun müdafiəsinə dair tələblərə baxılarkən (bu cür tələblər müxtəlif məzmunda və variantlarda irəli sürülə bilər: məsələn, vərəsəlik payının müəyyən edilməsi və (və ya) əşyanın qaytarılması, əşyaya dair cavabdehin adına dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və s.) mübahisəli hüquq münasibətinin və ya qeydiyyatın əsasında dayanan sənədlərin (şəhadətnamələr və s.) qanuniliyi, yaxud əqdlərin (müqavilə və s.) etibarlılığı tələbdən asılı olmayaraq yoxlanılır. Bu yoxlama nəticəsində məhkəmə təsbit etdiyi hüquqi vəziyyəti nəzərə alaraq irəli sürülmüş tələbləri yekun olaraq həll edir. Əks yanaşma eyni mübahisəli münasibətlərlə bağlı lüzum olmadan çoxsaylı mülki işlərin açılmasına və prosessual hüquqlardan sui-istifadə edilməsinə rəvac verməklə, mübahisəyə məhkəmədə ağlabatan müddətdə baxılması və hüquqi müəyyənlik prinsiplərinin pozulmasına səbəb olar.

 

Qeyd olunanlara əsasən Ali Məhkəmənin Mülki kollegiyası hesab edib ki, apellyasiya məhkəməsinin iddiaçının ləğvini tələb etdiyi qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin qaynaqlandığı özündən əvvəl tərtib edilmiş digər şəhadətnamələri (mülkiyyət hüququ və qanun üzrə vərəsəlik hüququ haqqında) mübahisələndirməməsinə görə iddianın rədd olunması barədə mövqeyi əsaslı olmayıb. Buna görə də kassasiya şikayəti qismən təmin edilib, apelyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv olunub və iş yeni apelyasiya baxışına göndərilib.


Oxunub: 359
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 13:52 | Həyətyanı sahələrin özəlləşdirilməsi üçün əsas yaradılır
    Bu gün, 13:50 | 42 yaşlı rəis qəfil öldü - Foto
    Bu gün, 13:43 | “Tələbələrin müraciətini nəzarətə götürmüşəm” - Məleykə Abbaszadə
    Bu gün, 13:40 | Azərbaycanda bu dövlət rüsumu 100 manatdan 25 manata endirilir
    Bu gün, 13:23 | Deputatdan sənədsiz evlərlə bağlı açıqlama
    Bu gün, 13:06 | Bakıda ərini öldürərək həyətdə basdırmaqda təqsirləndirilən qadın barədə qərar verilib
    Bu gün, 13:04 | İki psixiatriya xəstəxanasında həkim çatışmazlığı... – Rəsmi
    Bu gün, 12:46 | Sabah hava necə olacaq?
    Bu gün, 12:45 | 20 tələbə 200 AZN təqaüd alacaq
    Bu gün, 10:37 | ATU-nun Stomatologiya fakültəsinin 70 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
    Bu gün, 10:32 | Adı generalın qızı ilə məhkəmə işində hallanan vəzifəli şəxs işdən çıxarıldı
    Bu gün, 10:21 | 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov - Video
    Bu gün, 09:42 | “SÜLHÜ POZMAQ VƏ MÜHARİBƏNİ YENİDƏN BAŞLATMAQ İSTƏYİRLƏR...” – “Üçüncü Ermənistana qayıtmağa çalışırlar”
    Bu gün, 09:31 | BANK KARTLARINDAN PULLARIMIZ BELƏ OĞURLANIR... – Dələduzların yeni ÜSULLARI
    Bu gün, 09:10 | Xəstə çağırışçıları ORDUYA KİM YIĞIR? - DİQQƏT: SOS!
    Bu gün, 09:05 | İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında
    Bu gün, 08:59 | "Milan" və "Beşiktaş"dan qələbə
    Bu gün, 08:49 | AzTU-da ağciyər xərçənginin aşkarlanmasında süni intellekt layihəsi təqdim olunub - FOTOLAR
    Bu gün, 08:41 | Kəlağayı - Natəvan Dəmirçioğlunun hekayəsi
    Bu gün, 08:33 | Simonyan dekabrda Azərbaycana səfər edəcək: Hansı məsələlər müzakirə olunacaq?
    Bu gün, 08:07 | İcra başçısı rayonda aparılan abadlıq işlərinə yerində baxış keçirib
    Bu gün, 00:10 | Tərtər "Gənclər paytaxtı", Masallı isə "İdman paytaxtı" seçildi - Foto
    Bu gün, 00:00 | Qazaxda evdə partlayış: Ağır yanıq xəsarətləri alan şəxs Bakıya gətirildi - Foto/Video
    Dünən, 19:13 | Qaz olmayacaq
    Dünən, 19:12 | Əli Kərimlinin müdafiəsini bu iki erməni təşkil edir
    Dünən, 19:10 | Babasının 1500 manatını oğurladı, həbs olundu
    Dünən, 19:07 | "Agac.az" mobil tətbiqi istifadəyə verildi
    Dünən, 17:11 | “Qubadlı” diviziyasına Döyüş Bayrağı təqdim edildi - Video
    Dünən, 17:10 | Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı
    Dünən, 16:21 | Azərbaycanda "Temu" bağlanır? - AÇIQLAMA
    Dünən, 16:18 | Heyvanlara verilən suyun temperaturu 30 dərəcəyədək isidilməlidir - Yeni tələb
    Dünən, 16:17 | Dərsliklərdə səhvlərin səbəbləri açıqlandı
    Dünən, 16:14 | Gəncin ifası Müslüm Maqomayevə bənzədildi – Video
    Dünən, 14:45 | Bağça müəllimlərinin imtahan vaxtı dəyişdirilib - Yeni tarix
    Dünən, 14:36 | Qərbi Azərbaycanda 1011 villaya qaz verilişi dayandırıldı
    Dünən, 14:34 | Ramiz Mehdiyev və köməkçisi yenidən hakim qarşısında
    Dünən, 14:33 | İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi
    Dünən, 14:20 | Namizəd Səfərova hökm oxundu
    Dünən, 14:18 | ÇL-də qalmaqal: Hakim oyunu sərxoş idarə etdi... - Video
    Dünən, 13:53 | "Qızımı 11 ildir özümdən uzaqlaşdırmışam" - VİDEO
    Dünən, 13:50 | “Kontakt” Əlinin sevgisinə səs verdi
    Dünən, 13:43 | 100 min veterana məktub göndərildi: Müharibəyə hazırlaşın!
    Dünən, 13:11 | 5 nömrəli xəstəxana nə vaxt istifadəyə veriləcək? - Video
    Dünən, 13:08 | Sabahın hava proqnozu açıqlandı
    Dünən, 13:05 | Övladlarına aliment ödəməyən qadına cəza verildi
    Dünən, 08:23 | Gülnarə Kərimovanın İsveçrədə müsadirə edilmiş aktivləri Özbəkistana qaytarılacaq
    Dünən, 08:12 | Səhər yeməyi üçün ən uyğun vaxt hansıdır? - Mütəxəssisdən açıqlama
    Dünən, 07:37 | Qaradağda palçıq vulkanı püskürüb
    Dünən, 07:31 | Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!
    Dünən, 07:21 | Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı - Video
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.