Hansı əlavələri "Omega-3"lə birgə qəbul etmək olmaz?
"Omeqa-3" kalsium, dəmir, mis və xrom tərkibli əlavələrlə eyni vaxtda qəbul edilməməlidir. Bu tövsiyə ilə qastroenteroloq-terapevt Svetlana Yermakova çıxış edib. Həkimin sözlərinə görə, "Omeqa-3"ün gündəlik tələbatı təxminən iki kiloqram balıq və ya dəniz məhsulunda olur: "Lakin qida ilə bu miqdarda "Omeqa-3" qəbul etmək çətindir, ona görə də, o qida əlavəsi şəklində, yeməkdən 30 dəqiqə sonra qəbul edilməlidir. "Həmçinin diqqət etmək lazımdır ki, kapsul və həb ağızda çeynənilməsin, bol su ilə qəbul edilsin" , - S.Yermakova qeyd edib.
Oxunub: 167
Xəbəri paylaş
Paylaş: