Mediaxeberleri.az
    
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video

Son xəbərlər :
  • Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
  • Alınmaz hesab edilən mövqelər necə ələ keçirildi? - Video
  • Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışları Rusiya mediasında - Foto
  • "Euronews" Azərbaycanda Zəfər Günü və Ərdoğanın səfəri barədə məqalə dərc edib
  • Azərbaycanda Dövlət Bayrağı Günüdür
  • Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirib
  • İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
  • Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
  • Zəfər Günü İzmirdə də qeyd edildi
  • Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi - Video
  • Onlar Ermənistanın düşmənidir - Rubinyan
  • Əliyevlə Ərdoğanın görüşü ilə bağlı daha bir paylaşım...
  • Fransanın orada olacağı şübhəsizdir - Barro
  • Yük avtomobilinin sürücüsü sükan arxasında öldü
  • "Ağstafa Gəncləri" “Şəmkir” səfərindən üç xalla qayıdır
  • Mehriban Əliyeva 8 Noyabr - Zəfər Günü ilə bağlı paylaşım edib
  • Tovuzun icra başçıları niyə həmişə tovuzlu olur? – 35 illik maraqlı ənənənin sirri
  • Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - Foto
  • "Zəfər turu": "İmişli" "Sumqayıt"ı, "Sabah" "Şamaxı"nı qəbul edəcək
  • "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Rusiyanın Ukrayna hücumu ABŞ-a nələr qazandırdı…

  • Tarix: 26-02-2025, 08:05


Ukrayna müharibəsinin üçüncü ilində ABŞ və Rusiyanın anlaşmaq istəyi üç il öncə bu savaşın niyə başlandığına yenidən diqqət çəkir. Nələr dəyişdi, həqiqətənmi hər şey qeyri-ənənəvi Trampın Ağ Evə gəlişi ilə bağlıdır, yoxsa müharibə məhz mövcud şərtlərin hazırlanması və geosiyasi müstəvidə mövqelərin bölüşdürülməsi üçün lazım idi?!

Müharibənin Rusiyanın istədiyi kimi getmədiyi, Ukrayna xalqının dirənişinin nəinki Moskvada, Qərbin özündə də düzgün hesablanmadığı həqiqətdir. Lakin baş verənlərdə ənənəvi “Rusiya niyə hücuma keçdi” sualı yox, “Rusiya bütün üstünlüyünə rəğmən niyə hücuma keçdi” sualı açar nöqtələrin ən vaciblərindəndir fikrimcə.

Müharibədən öncə Rusiyanın ABŞ/NATO-ya təqdim etdiyi təhlükəsizlik təminatlarına dair sazişin qəbul edilməsi mümkünsüz idi. Vaşinqton bundan imtina etsə də, Paris və Berlin Moskvanın istədiyini verməyə hazır idilər, hətta Makron və Şolts Putinin ayağına qədər gəldi, çünki başlaya biləcək müharibənin əsas hədəflərindən birinin Avropa olduğunu bilirdilər.

- Ukraynanın NATO-ya girişinə icazə vermirlər;

- Donbasda separatçıları yüksək statusla təmin edirlər;

- Rusiyanın iştirakı ilə Avropanın yeni təhlükəsizlik arxitekturasını qururlar.

Bu, Rusiyanın tələblərinin qəbul edilməsi demək idi və Moskva razılaşsaydı:

- təhlükəsizlik təminatını tam olmasa belə, müəyyən mənada Avropadan alır,

- genişlənməsini təhlükə kimi gördüyü NATO-nu daxildən parçalayır,

- enerji resurslarını ixrac etdiyi Avropa bazarını itirmirdi.

Putinin ABŞ/NATO qarşısında əli zəif deyildi, lakin üstünlüyündən imtina edərək, Ukraynaya hücum etdi. Bu müharibədə Rusiyanın iki əsas hədəfi vardı:

Birincisi, SSRİ-nin dağılmasından sonra üzləşdiyi beynəlxalq şərtlərin bir gün xeyrinə dəyişəcəyi gözləntisi;

İkincisi, qlobal güc kimi qəbul olunması, təsir zonalarının tanınması.

2020-ci ildən etibarən dünyanın dəyişməyə başlayan siyasi səhnəsində baş verənlər Rusiyanın “qlobal güc” kimi qəbul edilmək perspektivini sual altına saldı. Qərbdə Avropa güc mərkəzi olmaq yolunda irəliləyir, Şərqdə Çin yüksələn gücə çevrilirdi. Çinin dünyanın ikinci əsas qütbü olacağı qaçılmazdır. Pekinin genişlənməsi həm də Rusiya üçün coğrafi baxımdan da təhlükəli idi. Soyuq müharibədən sonra yaranmış mövcud şərtlərin dəyişdiyi vaxt Rusiyanı Çin və Avropa arasında sıxılmış – Pekinin qurduğu nəqliyyat şəbəkəsindəki dəhlizlərdən biri kimi “regional güc” perspektivi gözləyirdi.

Və ən mühüm detal odur ki, Rusiyanı gözləyən təhlükə ABŞ üçün də risklər təşkil edirdi:

1. Avropa üzərində təsiri zəifləyir: NATO-ya qarşı alternativ təhlükəsizlik sisteminin qurulması önə çıxır;

2. Yüksələn Çin ABŞ-ın əsas güc olduğu təkqütblü geosiyasi şərtlərin dəyişməsi, iki və daha çox güc mərkəzinin olacağı reallığını yaradır.

ABŞ-a Avropanın güc mərkəzi olmasına imkan verməmək – qitə üzərində təsirini yenidən gücləndirmək, Çinin önünü kəsmək – əsas güc olduğu sistemi qorumaq, Rusiyaya “qlobal güc” kimi qəbul edilmək – bu perspektivə təhlükə olan Çini dayandırmaq, yaxud ən azı onunla hesablaşmağa məcbur etmək lazım idi. Ukrayna müharibəsinin təməlində məhz bu amillərin – geosiyasi mübarizənin dayandığını deyə bilərik.

Müharibə Rusiyanın hesabladığı kimi baş tutmasa da, hücumun başlandığı ilk vaxtdan günümüzə qədərki dövrə qədər siyasi nəticələr gözlənildiyi kimi oldu:

- Avropa Rusiya təhlükəsinə (Bu, həm də NATO-nun yaranma fəlsəfəsinin yenidən aktuallaşdırılması idi) qarşı ABŞ-ın çətiri altına qayıtdı – köhnə təhlükəsizlik sistemi saxlanıldı, Çinlə əməkdaşlıq xəttini inkişaf etdirərək, “güc mərkəzi”nə çevrilməsinin yolu tıxandı;

- Rusiya Qərbi, Çini və regional oyunçuları onunla hesablaşmağa məcbur etdi.

Burada iki məqam xüsusilə önəmlidir:

Birincisi, müharibəyə görə Çinin Avropa bazarına uzanan və onu Avrasiyada əsas gücə çevirəcək “Bir kəmər bir yol” layihəsi problemlərlə üzləşdi, xüsusilə Qara dəniz habının dağılması fonunda: bununla Pekinin ikinci qütb kimi ABŞ-a alternativ güc olması ən azından müəyyən müddətə də olsa çətinləşib;

İkincisi, ABŞ üçün ikinci “qlobal güc”ün potensial təhlükə kimi gördüyü Çindən fərqli olaraq, daha zəif Rusiyanın olması sərfəlidir: Vaşinqton Moskvadan Pekinin genişlənməsi önündəki sədd kimi də istifadə etmək niyyətindədir; müharibə boyunca “ABŞ Rusiyanı dağıtmağı planlaşdırır” yanaşmasının doğru olmadığı görünür, çünki dağılmış Rusiya Avropa və Asiyadakı ölkələr üzərində Çinin təsirini genişləndirəcək amildir, bu baxımdan, nisbətən zəif və idarəolunan Rusiyanın mövcudluğu Vaşinqtona lazımdır.

Bütün bunların fonunda müharibənin daha dərin səbəblərinin olduğu – Ukraynanın geosiyasi mübarizədə meydan – poliqon kimi istifadə edildiyi görünür.

Üç il sonra Trampın Putinlə anlaşması da Ağ Evə qeyri-ənənəvi siyasətçinin gəlişindən daha çox, Ukrayna müharibəsində hədəflərin başa çatması – Avropa və Çinin qarşısının alınması, 2022-ci ildə Baydenin də dediyi “yeni dünya nizamında ABŞ-ın liderliyini qorumaq” planında ilk mərhələnin icra edilməsindən qaynaqlanır. Yeni mərhələdə qarşıdurma coğrafiyaları dəyişəcək. Bu kontekstdə Rusiyanın ABŞ üçün Ukrayna müharibəsindən sonra hansı xidməti göstərəcəyi xüsusilə önəmlidir.



Müəllif
Asif Nərimanlı

Oxunub: 389
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 10:13 | Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
    Bu gün, 09:04 | Alınmaz hesab edilən mövqelər necə ələ keçirildi? - Video
    Bu gün, 01:32 | Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışları Rusiya mediasında - Foto
    Bu gün, 01:00 | "Euronews" Azərbaycanda Zəfər Günü və Ərdoğanın səfəri barədə məqalə dərc edib
    Bu gün, 00:00 | Azərbaycanda Dövlət Bayrağı Günüdür
    Dünən, 20:36 | Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirib
    Dünən, 20:22 | İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
    Dünən, 20:13 | Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
    Dünən, 19:59 | Zəfər Günü İzmirdə də qeyd edildi
    Dünən, 19:56 | Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi - Video
    Dünən, 19:54 | Onlar Ermənistanın düşmənidir - Rubinyan
    Dünən, 19:50 | Əliyevlə Ərdoğanın görüşü ilə bağlı daha bir paylaşım...
    Dünən, 19:48 | Fransanın orada olacağı şübhəsizdir - Barro
    Dünən, 19:46 | Yük avtomobilinin sürücüsü sükan arxasında öldü
    Dünən, 16:34 | "Ağstafa Gəncləri" “Şəmkir” səfərindən üç xalla qayıdır
    Dünən, 11:35 | Mehriban Əliyeva 8 Noyabr - Zəfər Günü ilə bağlı paylaşım edib
    Dünən, 11:28 | Tovuzun icra başçıları niyə həmişə tovuzlu olur? – 35 illik maraqlı ənənənin sirri
    Dünən, 11:26 | Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - Foto
    Dünən, 10:40 | "Zəfər turu": "İmişli" "Sumqayıt"ı, "Sabah" "Şamaxı"nı qəbul edəcək
    Dünən, 10:37 | "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
    Dünən, 10:36 | "Haber Global": 44 gündə yazılan dastan - Video
    Dünən, 10:34 | Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı
    Dünən, 10:33 | Zəfərdən Böyük Qayıdışa: Qalib xalqın qürur dastanı - Foto
    Dünən, 10:31 | Mətbuat Şurası: " Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar"
    Dünən, 00:03 | Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
    7-11-2026, 23:40 | Yaxın gələcəkdə şanslı olacaq BÜRCLƏR
    7-11-2026, 23:36 | Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
    7-11-2026, 23:34 | Ronaldonun Messiyə jestləri cavabsız qaldı
    7-11-2026, 23:31 | Almaniyanı rekord sayda insan tərk etdi - Bu ölkələr liderdir
    7-11-2026, 22:40 | 7 qol vuruldu, "Qalatasaray" liderliyini möhkəmləndirdi
    7-11-2026, 21:06 | “Əmək” ordeni alan jurnalistlər hansı üstünlükləri qazandılar?
    7-11-2026, 21:05 | "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
    7-11-2026, 21:02 | Prezidentdən Qarabağa səfərlə bağlı - Video
    7-11-2026, 21:01 | Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
    7-11-2026, 21:00 | "Zirə" son dəqiqələrdə qələbə qolunu vurdu
    7-11-2026, 18:44 | XİN-dən 8 Noyabrla bağlı - Bəyanat
    7-11-2026, 18:42 | Bakının bu bölgəsi su altında qaldı - Video
    7-11-2026, 17:50 | Ağdaşda “Heyva festivalı” keçirildi - Video
    7-11-2026, 17:47 | Noyabrda bu balıqları yemək olmaz
    7-11-2026, 17:45 | “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində Tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib - FOTO
    7-11-2026, 17:41 | Prokurorluq orqanlarında çalışmaq istəyənlərin diqqətinə
    7-11-2026, 16:48 | FHN-də Zəfər Günü ilə bağlı tədbir keçirildi - Video
    7-11-2026, 16:47 | Şəkidə ağır qəza: ölən var
    7-11-2026, 16:38 | Qazaxda 8 Noyabr – Zəfər Günü münasibətilə “Yurdumun zəfər səsi” başlıqlı bayram konserti təşkil edilib
    7-11-2026, 14:16 | Azərbaycanlı bacı-qardaş dünya çempionatında gümüş medal qazandı
    7-11-2026, 14:09 | Yaqub Eyyubov təqaüdə göndərilir
    7-11-2026, 14:06 | Prezident bu şəxslərə “general-leytenant” və “general-mayor” rütbəsi verdi - SİYAHI
    7-11-2026, 14:03 | Qazaxıstanın TRIPP layihəsinə qoşulması Azərbaycanın regional nəqliyyat-logistika strategiyası üçün yeni imkanlar yaradır
    7-11-2026, 13:43 | Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi
    7-11-2026, 13:42 | Röya bu gün açıq havada konsert verəcək - Foto
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.