Erməni generaldan gürcü blogerə Xocalıda törətdiyi qətliamlarla bağlı ETİRAF - ANBAAN VİDEO
Erməni generalı Levon Minasyan Xocalıda dinc azərbaycanlılara qarşı qətliam törətdiyini etiraf edib. “Xocalı mənim işimdir. Saysız-hesabsız Azərbaycan türklərini qırdım. Onların neçəsini kəsdiyimi belə xatırlamıram”, - deyə Minasyan qeyd edib.
Turkustan.az xəbər verir ki, gürcüstanlı blogerin “Siz Xocalıda olmusunuz?” sualına erməni general öyünərək cavab verib:
Gürcü bloger təəccüblü şəkildə ondan ciddi olub-olmadığını soruşduqdan Minasyan “Nə olub gözəl qız, bəli”- deyə cavab verib.
Göründüyü kimi, erməni cəlladı törətdiyi insanlıq cinayətlərini açıq şəkildə, fəxrlə etiraf edir.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media
Oxunub: 29
Xəbəri paylaş
Paylaş: