Professor Nizaməddin Şəmsizadə VƏFAT ETDİ
Professor Nizaməddin Şəmsizadə vəfat edib. Bu barədə Mediaxeberleri.Az-a onun qızı Ayfər Nizaməddinqızı məlumat verib. Xatırladaq ki, Nizaməddin Şəmsizadə komaya düşmüşdü. O, 40 gün xəstəxanada süni tənəffüs aparatına qoşulu vəziyyətdə qalıb. Qeyd edək ki, Nizaməddin Şəmsizadə 1954-cü ildə Qubanın İspik kəndində anadan olub. O, 10-dan çox monoqrafıyanın, bir sıra hekayə, şeir və esselər kitablarının, 250-dən çox ədəbi-tənqidi, elmi-nəzəri və fəlsəfi-publisistik məqalənin müəllifidir. Prezident İlham Əliyevin Sərəncamı ilə Nizaməddin Şəmsizadə Dövlət Mükafatına layiq görüb. 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adı ilə təltif edilib.