Ukrayna üçün şad xəbər: Almaniya “qayıtdı”
Almaniyada parlament seçkiləri bitdi. Fridrix Merz növbəti kansler olacaq. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov bu gün Almaniyada baş tutan növbədənkənar parlament seçkilərinin ekzit-poll nəticələrinə istinadla bildirib. O xatırladıb ki, Bundestaqda 630 yer var və hökumət formalaşdırmaq üçün koalisiyanın 316 yeri olmalıdır: “Nəticələrə diqqət yetirək (2-3 mandat az və ya çox ola bilər): - Xristian Demokratik İttifaq (Merz) - 210 yer; - Almaniya üçün Alternativ (AfD - Vaydel) - 145 yer; - SPD (Şolts) – 118; - Yaşıllar (Habek) - 94. Hazırda ən ciddi ehtimal budur: AfD hökumətdə təmsil olmayacaq, Merz isə kansler olacaq”. Politoloqun fikrincə, Merzin kansler olması Avropa və Ukrayna üçün həyati vacibdir: “Merz Ukraynanın silahlanmasında çox fəal rol oynayacaq (“Taurus”lar məsələsini xatırlayın, Merz onları Ukraynaya vermək niyyətindədir). Bundan əlavə, Merz Almaniyanın hərbi güclənməsini və hərbi sənaye kompleksinin sürətli güc toplamasını başladacaq. Diplomatik cəbhədə də Merz Şoltsdan qat-qat qətiyyətlidir. Polşa və Fransa ilə müttəfiqlik münasibətləri yaxşılacaq, Almaniya Avropanın təhlükəsizliyində fəal rolu üzərinə götürəcək”.