Dərəyə aşaraq yanan “Land Rover” belə söndürüldü - VİDEO/YENİLƏNDİ
Xəbər verdiyimiz kimi, ötən gecə Ağsu rayonunda “Land Rover” markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşması nəticəsində yanğın baş verib. FHN-dən Mediaxeberleri.Az-a verilən məlumata görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yanğının söndürülməsi anının görüntülərini təqdim edirik: *** Ağsu rayonunda "Land Rover" markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib. FHN-dən Mediaxeberleri.Az-a verilən məlumata görə, yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxunub: 193
Xəbəri paylaş
Paylaş: