Ukraynaya kütləvi raket və PUA hücumu: ölü və yaralılar var
Fevralın 22-dən 23-nə keçən gecə Rusiya Ukrayna ərazisinə 267 pilotsuz uçuş aparatı və üç “İsgəndər-M/KN-23” ballistik raketi ilə hava hücumu edib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb. Hava hücumu aviasiya, zenit-raket qüvvələri, elektron döyüş bölmələri və Ukrayna Hərbi Hava Qüvvələri və Müdafiə Qüvvələrinin mobil atəş qrupları tərəfindən dəf edilib. Bildirilib ki, hava hücumundan müdafiə sistemləri Xarkov, Poltava, Sum, Kiyev, Çerniqov, Çerkassı, Kirovoqrad, Jitomir, Xmelnitski, Rivne, Nikolayev, Odessa və Dnepropetrovsk vilayətlərində fəaliyyət göstərib. Bundan əlavə, Rusiyanın 119 pilotsuz təyyarəsinin imitatoru itirilib, onlardan üçü Belarusa, biri Rusiyaya doğru uçub. Hava hücumu nəticəsində Dnepropetrovsk, Odessa, Poltava, Kiyev və Zaporojye vilayətləri zərər çəkib. Həmçinin Dnepropetrovsk vilayətinin Krivoy-Roq şəhərində 1 nəfər həlak olub, 3 nəfər yaralanıb.