Bu insanlarda xərçəngdən ölüm halları digərlərindən 60 faiz çoxdur
İngiltərədə aparılan araşdırma göstərib ki, xərçəngdən ölüm nisbəti ölkənin yoxsul bölgələrində yaşayan insanlarda varlı bölgələrdə yaşayanlara nisbətən 60 faiz daha yüksəkdir. Mediaxeberleri.Az xəbər verir ki, bununla bağlı Böyük Britaniya Xərçəng Araşdırmaları Vəqfi tərəfindən araşdırma aparılıb. Qeyd olunub ki, yoxsulluq səbəbindən hər il 28,400 insan xərçəngdən ölür. Bu, gündə 78 insanın ölməsi deməkdir. Tədqiqat xərçəngdən ölüm nisbətinin ölkənin yoxsul bölgələrində yaşayan insanlarda varlı bölgələrdə yaşayanlara nisbətən 60 faiz daha yüksək olduğunu üzə çıxarıb. Bu ölümlərin təxminən yarısı (47 faiz) ağciyər xərçəngidir. Böyük Britaniyada xərçəng diaqnozlarının təxminən 10 faizinin birbaşa yoxsulluqla əlaqəli olduğu da vurğulanıb. Səhiyyə xidmətləri varlı və yoxsulları ayırırlar. İngiltərənin yoxsul bölgələrində yaşayan xəstələr, varlı bölgələrdəki xəstələrlə müqayisədə təcili müraciətdən sonra 3 ay gözləyirlər.