Sarkisyan erməniləri müharibəyə hazırlaşmağa çağırdı: Yenidən qələbə qazanmalıyıq
Ermənistanın üçüncü prezidenti, Xocalı qatili Serj Sarkisyan Qarabağda separatçı hərəkatın başlamasının 37-ci ildönümü münasibətilə müraciət yayıb. Mediaxeberleri.Az xəbər verir ki, Sarkisyan erməniləri indiki hakimiyyətin ideologiyasını rədd etməyə, müharibəyə hazırlaşamağa çağırıb. Sarkisyan yazır: “Yaddaş bizim gücümüzdür, Yaddaş bizim irəlilədikcə bələdçimizdir, Yaddaş hərəkət etmək iradəmizdir. Yaddaşını gec-tez itirən xalq gələcəyini də itirir”. Xocalı qatili ermənilərin gələcəyə gedən yolda əsas məqamlarını da vurğulayıb: • dövlət və vətən haqqında yalan və təhlükəli tezisləri qəbul etməmək, • biganəliyi rədd etmək • qorxulara qalib gəlmək, • sayıqlığı itirməmək, • təhlükələrin dəqiq hesablanması, • yenidən qələbə qazanmaq. Bu çağırışdan aydın olur ki, Sarkisyan tökdüyü qandan doymayıb və cəzasız qalacağını güman edir. Görünür Xocalı qatilinin könlündən Bakı həbsxanası keçir. Onun mütləq arzusuna çatdırmaq lazımdır. Tural