Füzulidə traktorla maşın toqquşdu: azyaşlı öldü
Füzulidə traktor minik avtomobili ilə toqquşub. Mediaxeberleri.Az xəbər verir ki, hadisə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Füzuli rayonu, Alıxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 1997-ci il təvəllüdlü Xəyyam İlham oğlu Məmmədov idarə etdiyi “Mersedes Benz” markalı avtomobili ilə 1997-ci il təvəllüdlü Əmrah İbrahim oğlu Məhərrəmovun “Belarus 892” markalı traktorla toqquşub. Nəticədə Xəyyam Məmmədovun avtomobilində olan oğlu 2023-cü il təvəllüdlü Rəşad Məmmədov aldığı xəsarətlərdən Füzuli rayon mərkəzi xəstəxanasında ölüb. Faktla bağlı cinayət işi başlanılıb və istintaq aparılır.
Oxunub: 213
Xəbəri paylaş
Paylaş: