AZAL təyyarəsinin qəzası üzrə hesabat nə vaxt tamamlanacaq? - AÇIQLANDI
"Qazaxıstan hökuməti Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsinin qəzasının səbəbləri haqqında yekun hesabatı 2025-ci ilin dekabrına qədər tamamlamalıdır". Mediaxeeberleri.Az-ın nur.kz-a istinadla verdiyi məlumata görə, bu barədə Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev brifinqdə bildirib. O qeyd edib ki, ICAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı - red.) tələblərinə və tövsiyə olunan təcrübə standartlarına əsasən araşdırma müddəti bir ildir. "Müvafiq olaraq, cari ilin dekabrına qədər Aktau yaxınlığında baş vermiş təyyarə qəzasının araşdırılması üzrə yekun hesabat tamamlanmalıdır", - deyə Lastayev təyyarə qəzasının araşdırılması müddəti ilə bağlı suala cavab verib.
Oxunub: 214
Xəbəri paylaş
Paylaş: