Tarixi abidəni masaj salonuna çevirdilər - Nazirlik araşdırmalara başladı
Ayasofyanın yanında yerləşən 1500 illik tarixi su deposu masaj salonuna çevrilib. Mediaxeberleri.Az xəbər verir ki, məsələ ilə bağlı Türkiyə Mədəniyyət və Turizm Nazirliyi araşdırmalara başlayıb. Tarixi su deposu bir müəssisə tərəfindən SPA mərkəzinə çevrilib. Hovuz və masaj salonu kimi fəaliyyət göstərən obyekt adambaşına 200 avro almaqla xidmət göstərir. İstanbulun minlərlə illik tarixini yerə vuran turistik biznes sərt reaksiyalara səbəb olub. Yoxlamalar zamanı obyektdə bir çox qanun pozuntusu aşkar edilib. 60-a yaxın sahibinin olduğu tarixi su deposunun lisenziyasız olduğu öyrənilib. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırmalar aparılır.
Oxunub: 306
Xəbəri paylaş
Paylaş: