Saxta spirtli içkilərdən ölənlərin sayı 54 nəfərə çatdı
Ankarada saxta spirtli içkilərdən ölənlərin sayı 54 nəfərə çatıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, azı 40 nəfər reanimasiyalarda ağır vəziyyətdədir. Qeyd edilib ki, Ankara Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində 28 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib, 25 nəfər isə şəhəri tərk etməməklə bağlı iltizamnamənin alınmasından sonra sərbəst buraxılıb.
Oxunub: 262
Xəbəri paylaş
Paylaş: