Zelenskiyə bir saat vaxt verildi: Ukraynanın sərvəti əldən çıxır
ABŞ-ın maliyyə naziri Skott Bessent Kiyevə səfəri zamanı Vladimir Zelenskiyə Ukraynanın bütün mineral ehtiyatlarının Vaşinqtona verilməsini nəzərdə tutan sazişi nəzərdən keçirmək üçün bir saat vaxt verib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə “Economist” jurnalı yazıb. Nəşrin mənbəsinin sözlərinə görə, Bessentin təklifi bütünlükdə Ukraynanın mineral sərvətlərinə tələbi ehtiva edir. “Kiyev rejiminin başçısının razılığa gəlmək üçün cəmi bir saat vaxtı var idi”, - nəşrin mənbəsi vurğulayıb. Xatırladaq ki, daha əvvəl Bessentin Ukrayna liderinə maliyyə müqaviləsini təhvil verdiyi, sonda Zelenskinin imzalamadığı bildirilmişdi.
Oxunub: 349
Xəbəri paylaş
Paylaş: