Mediaxeberleri.az
    
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
    Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...

Son xəbərlər :
  • Ət niyə bahalaşır?
  • Cəlilabadda kartof sahələri xəstəliklərə yoluxaraq məhv olur - FOTO
  • “Başçının köməkçisi dedi ki, get evində sakit otur, çağıranda gələrsən” - NARAZILIQ VAR...
  • "Neftçi" "Kəpəz"ə qalib gəldi, Qarabağ"dan bu mövsümün ilk məğlubiyyəti
  • Ağstafada zəhərlənlərin adları məlum oldu
  • Ramiz Mehdiyev hakimiyyəti ƏLƏ KEÇİRSƏYDİ... ONLAR VƏZİFƏYƏ GƏLƏCƏKDİ! - SİYAHI YAYILDI
  • 8 Noyabr – Zəfər Günü Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasında da qeyd olunub
  • Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
  • Tanınmış jurnalist Şəhid kapitan Mühüd Orucova görə Müdafiə Nazirinə müraciət etdi - FOTO
  • Vətən müharibəsi şəhidi Elşən Orucov ildönümündə ehtiramla anılıb
  • Sosial şəbəkələrdə təhqir edilənlər hüquqlarını necə qoruya bilərlər?
  • “Megastore” marketdə “Sirab” suyunun qiymətini fərqli satdılar – 4 min manat cərimə qüvvədə qaldı
  • TƏBİB sədri onu işdən çıxardı - Foto
  • Fatmayıda evdə partlayış: ər və arvad... - Video
  • Bakı bu ölkəyə neft ixracını 3 dəfə artırdı
  • İlham Əliyev və xanımı Zəngilanda açılışda iştirak etdilər
  • Kameraları qırıb 10 minlik oğurluq etdi, həbs olundu
  • İcbari tibbi sığorta fondunun gələn ilki xərcləri... - Nazir
  • Ermənistan balığı Rusiya bazarından tamamilə çıxarılır
  • 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Rektor Aqil Şirinov: Din haqqında dindarın da öyrənməyə ehtiyacı var, ateistin də MÜSAHİBƏ

  • Tarix: 11-02-2025, 00:07

Əgər insan qəhvə ilə fala baxmağa inanırsa, deməli o, rasional düşünə bilmir


Bu il Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının yeddi ili tamam olur. Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış bu institut ölkəmizin təhsil sistemində öz yerini tutmaqdadır. İnstitutun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov AZƏRTAC-a müsahibəsində ali məktəbin fəaliyyətinə nəzər salıb, eləcə də cəmiyyət və din məsələləri ilə bağlı fikirlərini bölüşüb. Onunla müsahibəni təqdim edirik.

-Aqil müəllim, bu illər ərzində institut qarşısına qoyduğu hədəflərə çata bilibmi?

-Mən institutumuzun yaradılmasından öncəki dövrdə ölkəmizdə dini təhsil sahəsini xatırlatmaq və bizim ali məktəbin bu sahəyə nə gətirdiyindən bəhs etmək istərdim. Müstəqillik bərpa ediləndən sonra ölkəmizdə iki ali məktəbdə din sahəsində tədris aparılıb. Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi, - mən özüm də bu fakültənin məzunuyam, - dinşünaslıq sahəsində mütəxəssis yetişdirirdi. Qafqaz Müsəlmanları İdarəsinin tabeliyində Bakı İslam Universiteti isə daha çox din xadimi hazırlayırdı. İlahiyyat İnstitutu yaradılandan sonra bu iki istiqamət bir ali məktəbdə birləşdi. Hazırda dinşünaslıq ixtisasında İslam dini ilə yanaşı, yəhudilik, xristianlıq, Hind-Çin arealında yaranmış dinlər, ümumilikdə bütün böyük inanc sistemləri tədris olunur. İslamşünaslıq ixtisası üzrə isə əsas məqsəd ibadət yerlərimizə mütəxəssis hazırlamaqdır. Onlar imam, imam müavini, dini ayinin icraçısı kimi fəaliyyət göstərirlər. Məqsədimiz dinə elmi yanaşmağı bacaran, Azərbaycan dövlətçiliyinə bağlı olan, müasir dünyanın reallıqlarını nəzərə ala bilən mütəxəssislər hazırlamaqdır. İnstitutumuzda dinə təkcə teoloji prizmadan deyil, həmçinin psixoloji, sosioloji, fəlsəfi və tarixi yöndən yanaşan fənlər də tədris olunur. Müəllimlərimiz də dünya səviyyəli alimlərdir. Bu isə bizə həm tədrisimizi yüksək standartlar əsasında qurmağa, həm də Azərbaycan üçün yaxşı mütəxəssislər hazırlamağa imkan verir. Fikrimcə, hədəflərimizin bir hissəsinə nail olmuşuq. Lakin çalışırıq ki, institutumuz Qafqazda, eyni zamanda, Şərqdə din sahəsində önəmli ali təhsil müəssisələrindən birinə çevrilsin.

- Bu günlərdə institutun “Qurani-Kərim” dərsliyi nəşr olunub. Bu fənn necə tədris olunur?

- Bəli, bu yaxınlarda institutumuzun prorektoru fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mirniyaz Mürsəlovun qələmə aldığı “Qurani-Kərim” dərsliyi nəşr olunub. “Qurani-Kərim”in tədrisi Peyğəmbərimizin (s) dövrünə gedib çıxan bir tarixə malikdir. Biz də çalışırıq ki, o ənənəni nəzərə alaraq, müasir öyrətmə metodlarını da tətbiq edərək öyrədək. Əgər əvvəllər “Qurani-Kərim”i tələbə oxuyur, müəllim də qulaq asırdısa, hazırda müasir texnologiyaların köməyi ilə dünyadakı məşhur Quran qareləri dinləyə bilirik. Bu sahədə institutumuzun çox yaxşı mütəxəssisləri var.

- İlahiyyat İnstitutunda aparılan tədqiqatlar barədə məlumat verərdiniz.

- Azərbaycan dilində din sahəsində dərs kitablarının böyük əksəriyyətini, demək olar, bizim müəllimlərimiz yazırlar. Eyni zamanda, “Web of Science”, “Scopus” və digər beynəlxalq elmi bazalarda yer alan dərgilərdə onların məqalələri dərc edilir. Qeyd edim ki, humanitar sahədə bu, heç də asan deyil. Müəllimlərimizin əksəriyyəti ingilis və ərəb dillərində sərbəst şəkildə məqalə yazır, mühazirə söyləyirlər, beynəlxalq simpoziumlarda və konfranslarda çıxış edirlər.

- Beynəlxalq əməkdaşlıqda hansı ölkələrə üstünlük verilir?

- Ümumilikdə dünyada din sahəsində fəaliyyət göstərən qabaqcıl ali təhsil və tədqiqat müəssisələri ilə əlaqə yaratmağa çalışırıq. Qardaş Türkiyənin 20-dən çox universiteti ilə müqaviləmiz var. Həmçinin Özbəkistan, Qazaxıstan, Pakistan, Gürcüstan, Rusiya, Malayziya, İndoneziya, ABŞ və digər bir çox dünya ölkələrinin ali məktəbləri və tədqiqat mərkəzləri ilə əməkdaşlıq edirik. Tələbə-müəllim mübadiləsinə önəm veririk. Hər il iki tələbəmiz Qazaxıstanda fəaliyyət göstərən “Nur-Mübarək” Universitetində bir semestr ərəb dilində təhsil alır. İki tələbəmiz Türkiyənin 29 Mayıs Universitetində bir semestr təhsil alır. Bu il ilk dəfə iki məzunumuz İslam dünyasının ən qabaqcıl ali təhsil müəssisələrindən biri olan Malayziyanın Beynəlxalq İslam Universitetində magistratura təhsilinə başlayıb. Bir neçə il əvvəl “Nur Mübarək” Universitetindən iki nəfər bizim institutda bir semestr ingilis və ərəb dillərində təhsil alıb, həmçinin Özbəkistan Beynəlxalq İslam Akademiyasının (ÖBİA) tələbə və müəllim heyətinə seminar təşkil olunub.

- Məzunların işlə təminatında problem olurmu?

- Bu sahədə imkanlarımız çoxdur. Məsələn, İslam dininə aid ibadət yerlərində (məscidlər) imam və imam müavini vəzifələrinin tutulması üçün keçirilən müsahibədən müvəffəqiyyətlə keçən məzunlarımız ibadət ocaqlarında din xadimi kimi fəaliyyət göstərirlər. Məzunlarımız dövlət orqanlarında da işləyə bilərlər. Akademik sahədə fəaliyyətlərini davam etdirə bilərlər. Magistraturada ilahiyyat sahəsi üzrə 5 ixtisaslaşma mövcuddur: dinin sosiologiyası, dinin psixologiyası, dinin fəlsəfəsi, dinlər tarixi və islamşünaslıq. Bu ildən islamşünaslıq sahəsini şaxələndirəcəyik. Magistraturaya ənənəvi İslam elmləri üzrə də qəbul aparacağıq. Azərbaycan İlahiyyat İnstitutunda doktorantura təhsili almaq mümkündür. Ali Attestasiya Komissiyası bizə Müdafiə Şurası da verib. Bütün bunların formalaşmasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin böyük dəstəyi var. Yaxın vaxtlarda komitənin dəstəyi ilə institutda Din Araşdırmaları Mərkəzi və Ərəb Dili Mərkəzi də təsis olunacaq.

- Necə düşünürsünüz, məktəblərdə din tədrisi lazımdırmı?

- Din tədrisi məsələsində müxtəlif fikirlər var. Bu sahənin mütəxəssisi olaraq bir deyimi xatırlatmaq istəyirəm: “Müqəddəs yer boşluq qəbul etmir”. Biz cəmiyyətimizin fərdlərinə, öz övladlarımıza bu barədə məlumat verməsək, başqaları gəlib məlumat verəcək. Bu gün artıq bilik mənbələri çoxalıb. Əvvəllər bilik mənbəyi təkcə ailəmiz, daha sonra bağça, məktəb və universitet idisə, indi internet var. Bu gün bir çox məsələlərdə biliklərin çoxalması və təəssüf ki, korlanması baş verir. Uşaqlarda dinin sağlam bünövrəsi əvvəlcədən qoyulmalıdır. Amma bu biliklər hansısa bir dinin və ya dini ideologiyanın insanlara təlqin edilməsi şəklində olmamalıdır. Təsviri xarakterdə olmalıdır. Dünya təcrübəsindən istifadə oluna bilər. Məsələn, Avropanın bəzi ölkələrində din tədrisi seçmə fənn, bəzilərində isə əsas fənn kimi tədris edilir. Lakin bir din deyil, cəmiyyətdə mövcud olan dinlər başda olmaqla ümumilikdə dinlər haqqında da təsviri biliklər öyrənilməlidir. Dinlər haqqında məlumat verəcək bir fənnin olmasına bir ehtiyac var. Ölkəmizdə orta məktəblərdə “Həyat bilgisi” dərsliyində bu haqda məlumat verilir, tarix fənnində dinlər haqda müəyyən mövzuların daxilində məlumat var. Ədəbiyyat fənnində, xüsusilə orta əsrlər ədəbiyyatında bu barədə məlumatlara rast gəlmək mümkündür. Necə ki, ölkələrin coğrafiyası, tarixi haqqında tədris aparılır, eləcə də cəmiyyətdə mövcud olan bir fenomen kimi din haqqında da biliklərin verilməsi faydalıdır. Din haqqında dindarın da öyrənməyə ehtiyacı var, ateistin də. Bu da bir növ tarixi bilgidir. Əgər biz bu bilgini doğru istiqamətdə verməsək, bu ya xurafatçılıq şəklində, ya da radikalizm formasında özünü göstərəcək. Dinin doğru şəkildə öyrədilməsi cəmiyyətin bütün təbəqələrinin, inanc sahiblərinin və inancsızların da xeyrinədir.

- Yeri gəlmişkən, xurafat haqqında fikirlərinizi bilmək istərdik.

- Elə bir cəmiyyət yoxdur ki, orada xurafat olmasın. Bu, Avropanın ən inkişaf etmiş ölkələrində də, ABŞ-da da mövcuddur. ABŞ-da xurafatı önə çəkən nə qədər dini qruplar var. Bir ilahiyyat mütəxəssisi kimi heç vaxt xurafatın olmasını istəməmişəm və istəmərəm də. Xurafatla mübarizə aparmaq lazımdır. Təəssüf ki, xurafatın tamamən silinməsi mümkün deyil, lakin azaldılması mümkündür. Dünyagörüşü yüksək olan bir insan xurafata meyil etməz. Fikrimcə, süni intellekt əsrində xurafat tam şəkildə silinməsə də, xeyli azalacaq.

- Mövhumatın aradan qaldırılması üçün nə etmək lazımdır?

- Maarifləndirmə aparılmalıdır. Ölkəmizdə bu istiqamətdə çox işlər görülüb. İnsanlara başa salınmalıdır ki, əgər bir problemlə qarşılaşırlarsa, bu problemin həlli yolu baxıcılarda, falçılarda deyil. Bu problemin həlli insanın özündədir. O, özü bu problemi həll etməlidir. Atalar sözü var: “Suda boğulan saman çöpündən yapışar”. Falçılar, baxıcılar özünü çarəsizlikdə hiss edən insanların duyğularını istismar edən həmin saman çöpüdür. Onu da deyim ki, İslam dinində bu, ümumiyyətlə qadağandır, ən böyük günahlardan biri sayılır. Bu, Allaha şərik qoşmaqdır. Peyğəmbərimizin (s) bir hədisi var: “Falçı və kahinin yanına gedib onun söylədiklərini təsdiq edən Məhəmmədə nazil olana inanmamışdır”. “Qurani-Kərim”də belə əməllərdən Allaha sığınılır. Təkcə İslamda deyil, xristianlıqda və yəhudilikdə də fala inanma yoxdur. Çox təəssüf ki, belə hallara hətta dünyanın ən inkişaf etmiş ölkələrində rast gəlinir. Bu, tarixin dərinliklərindən gəlmiş mənfi bir ənənədir ki, günümüzdə də davam edir. Bir insan qəhvə ilə fala baxılmasına, kartla fala baxılmasına inanırsa, deməli, onun rasional düşünməklə əlaqəli müəyyən problemləri var. O insan rasional düşünə bilmir.

- İnstitutunuzun tələbələri burada təhsilə başlamazdan əvvəl müəyyən bir mühitdə tərbiyə almış insanlardır. Onlar arasında mövhumata meyil göstərəni olurmu?

-İnsan beyni “hard disk” deyil ki, yazılanı silmək mümkün olsun. İnsanın zehnində məlumatlar var. Bu məlumatlar onun dünyaya baxışının formalaşmasına təsir edir. Din sahəsi də belədir: əvvəlcə ailədə formalaşır və bu, bəzən xurafat və hətta bəzən radikalizm şəklində təzahür edə bilər. Biz tələbələrə birinci kursdan deyirik: “Siz din sahəsində indiyədək eşitdiklərinizi, oxuduqlarınızı unudun. Bu sahəyə yeni başlayan bir mütəxəssis kimi yanaşın və müəllimlərinizə güvənin. Bu müəllimlər öz sahələrində ən yüksək elmi pilləyə yüksəlmiş şəxslərdir. Onların təqdim etdiyi metodlara əsaslanaraq dinləri öyrənməyə çalışın”. Onu da deyim ki, biz bu məsələdə məqsədimizə əsasən çatırıq. Bəzən uşaqların cəmiyyətdə öyrəndikləri ilə burada öyrəndikləri üst-üstə düşmür. Bu zaman diskussiyalar təşkil edirik. Nəticədə tələbələrimizin dinə baxışında dəyişiklər baş verir, onlarda elmi prizmadan yanaşma bacarığı formalaşır.

-İlahiyyat İnstitutunun nəzdində İlahiyyat Kolleci də fəaliyyət göstərir. Tədrisdə bu, dini bilgilərin möhkəmləndirilməsidir, təkrarlıqdır, yoxsa davamlılıqdır?

- Bu kollec din təhlilində davamlılığı təmin etmək və İlahiyyat İnstitutu üçün baza rolunu oynamaq məqsədilə yaradılıb. Din təhsilinin digər təhsillərdən fərqli tərəfləri var. Hər təhsildə davamlılıq olmalıdır, amma din təhsilində xüsusilə. Bu, ailədən başlayır, daha sonra məktəb, kollec və institutla davamlılıq təmin olunur. Beləliklə, daha yaxşı mütəxəssislər yetişir. Cari tədris ilində kollecə qəbul 11 illik təhsil bazasında aparılıb. Yaxın gələcəkdə 9-cu sinfi bitirdikdən sonra da kollecə qəbulun aparılması nəzərdə tutulur.

- Dini məzhəblərə münasibətinizi bilmək istərdik. Məsələn, İslam dinində sünni, şiə məzhəbləri var...

- Dinlərin tarixinə baxanda görürük ki, böyük dinlərin hamısının məzhəbləri var. Məsələn, xristianlıqda tarixdə monofizit, diofizit şəklində qruplaşdırdığımız məzhəblər mövcuddur, onların öz içində müxtəlif məzhəblər var, ən geniş yayılanı katoliklik, pravoslavlıq və protestantlıqdır, ancaq onların xaricində də xeyli məzhəb var. Yəhudiliyin tarixinə nəzər salsaq görürük ki, ferisilər (peruşim), sadukeylər (səduqim), essenilər (issiyim) olub. Müasir dövrdə də iudaizm ortodoks, mühafizəkar, reform yəhudiliyi kimi müxtəlif qollara ayrılıb. Hinduizmin tərkibində vişnuizm, şivaizm, saktizm, smartizm, Buddizmdə mahayana və theravada kimi məzhəblər var. “Məzhəb” sözü ərəb dilində “gedilən yol” deməkdir, yəni dini başa düşməyin müxtəlif yollarıdır. Mən məzhəblərə məktəblər deyirəm. Dinin müxtəlif məktəblərinin olması təbiidir. Amma təbii olmayan o məzhəbləri din yerinə qoyub mütləqləşdirmək və insanları bölən vasitəyə çevirməkdir. İnstitutumuzda dinləri də, məzhəbləri də tarixi baxımdan təsviri olaraq öyrədirik. Müəyyən klassik İslam elmlərini öyrədəndə İslamın bütün rənglərini uşaqlara öyrədirik, amma birini o birindən üstün göstərmirik. Məzhəbdə olmağı normal qarşılayırıq, amma məzhəbçi olmağı normal qarşılamırıq. Tədrisimiz də bunun üstündə qurulub. Buna “məzhəbüstü tədris” deyirik.

- İnstitutunuzda qeyri-İslam dinindən olan tələbə təhsil alarsa, burada tədris edilən istiqamətlər onun bilik qazanmasına kifayət edəcəkmi?

- İndiyədək praktikada buna rast gəlməmişik. Lakin dinşünaslıq ixtisasında bütün dinlərin nümayəndələri təhsil ala bilərlər. Bizim həm xristian, həm də yəhudi icmaları ilə yaxşı münasibətlərimiz var. Bir neçə il əvvəl İlahiyyat İnstitutu Qəbələ rayonunun Nic qəsəbəsində Alban-udi icması üçün xristianlıq kursu təşkil edib. İnstitutumuzun elmi bazası dini mənsubiyyətindən asılı olmayaraq, hər kəs üçün ilahiyyat elmini tədris etmək imkanına malikdir.


Oxunub: 2 855
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 22:34 | Ət niyə bahalaşır?
    Dünən, 22:32 | Cəlilabadda kartof sahələri xəstəliklərə yoluxaraq məhv olur - FOTO
    Dünən, 22:30 | “Başçının köməkçisi dedi ki, get evində sakit otur, çağıranda gələrsən” - NARAZILIQ VAR...
    Dünən, 21:55 | "Neftçi" "Kəpəz"ə qalib gəldi, Qarabağ"dan bu mövsümün ilk məğlubiyyəti
    Dünən, 21:50 | Ağstafada zəhərlənlərin adları məlum oldu
    Dünən, 21:44 | Ramiz Mehdiyev hakimiyyəti ƏLƏ KEÇİRSƏYDİ... ONLAR VƏZİFƏYƏ GƏLƏCƏKDİ! - SİYAHI YAYILDI
    Dünən, 20:52 | 8 Noyabr – Zəfər Günü Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasında da qeyd olunub
    Dünən, 20:34 | Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
    Dünən, 20:12 | Tanınmış jurnalist Şəhid kapitan Mühüd Orucova görə Müdafiə Nazirinə müraciət etdi - FOTO
    Dünən, 19:16 | Vətən müharibəsi şəhidi Elşən Orucov ildönümündə ehtiramla anılıb
    Dünən, 16:27 | Sosial şəbəkələrdə təhqir edilənlər hüquqlarını necə qoruya bilərlər?
    Dünən, 16:20 | “Megastore” marketdə “Sirab” suyunun qiymətini fərqli satdılar – 4 min manat cərimə qüvvədə qaldı
    Dünən, 15:26 | TƏBİB sədri onu işdən çıxardı - Foto
    Dünən, 15:14 | Fatmayıda evdə partlayış: ər və arvad... - Video
    Dünən, 14:47 | Bakı bu ölkəyə neft ixracını 3 dəfə artırdı
    Dünən, 14:46 | İlham Əliyev və xanımı Zəngilanda açılışda iştirak etdilər
    Dünən, 14:44 | Kameraları qırıb 10 minlik oğurluq etdi, həbs olundu
    Dünən, 13:51 | İcbari tibbi sığorta fondunun gələn ilki xərcləri... - Nazir
    Dünən, 13:50 | Ermənistan balığı Rusiya bazarından tamamilə çıxarılır
    Dünən, 13:47 | 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı
    Dünən, 12:51 | Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizmi necə olacaq?
    Dünən, 12:49 | AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
    Dünən, 10:43 | Kənd təsərrüfatında uçot qaydaları dəyişdi: Təkrar əkinlər də ayrıca hesablanacaq
    Dünən, 09:33 | Misli Premyer Liqası: "Qarabağ" və "Neftçi" meydana çıxırlar
    Dünən, 07:54 | Noyabrın ilk maqnit qasırğası yaxınlaşır - XƏBƏRDARLIQ
    Dünən, 07:52 | Toyda ölən iş adamı icra başçısının qohumu imiş - TƏFƏRRÜAT
    Dünən, 07:12 | Avropa Liqası: "Beşiktaş" "Seltik"ə uduzdu
    Dünən, 07:10 | Bakı-Ankara münasibətləri Astananı da narahat edir
    Dünən, 07:04 | Konfrans Liqası: III turun oyunları keçirildi
    5-11-2026, 22:36 | İcra Başçısı şəhid ailələrinin arzusunu yerinə yetirdi
    5-11-2026, 20:09 | Qazaxda 8 Noyabr – Zəfər Günü ilə bağlı şəhid ailələri və qazilər üçün bayram süfrəsi təşkil edilib
    5-11-2026, 18:06 | Bu türk ölkəsi eneji içkilərini qadağan edir
    5-11-2026, 18:04 | Onlara da məcburi köçkün statusu veriləcək
    5-11-2026, 18:01 | Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər - Foto
    5-11-2026, 17:59 | Gəncə-Mingəçevir-Gəncə istiqamətində əlavə reyslər təyin edildi
    5-11-2026, 16:11 | Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
    5-11-2026, 16:09 | Dövlət başçısı bu qanunu təsdiqlədi
    5-11-2026, 16:07 | Ağıllı saatlara görə aksiz vergisi alınacaq - Hər birinə 20 manat
    5-11-2026, 16:05 | Prezident fərman imzaladı
    5-11-2026, 16:02 | Bir qrup media nümayəndəsi təltif edildi
    5-11-2026, 15:06 | Ağstafada müəllimlər arasında Zəfər Gününə həsr olunmuş intellektual yarış keçirilib
    5-11-2026, 13:34 | Başçı oğlunu aldadan qardaşlar həbs olundu
    5-11-2026, 13:32 | Bakıda dünya çempionatının açılış mərasimi olub - Foto/Video
    5-11-2026, 12:58 | Ağstafada Zəfər Günü ərəfəsində ağacəkmə aksiyası...
    5-11-2026, 12:52 | Nərə və qızılbalıq istehsalçılarına şad xəbər: Subsidiya veriləcək
    5-11-2026, 12:47 | Pensiyalar 45 manat artacaq: 2027-ci il üçün proqnoz
    5-11-2026, 12:44 | Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda
    5-11-2026, 07:49 | Çempionlar Liqasında tarixi darmadağın: "Komo"dan 9 qol - Video
    5-11-2026, 07:46 | Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar" - Video
    5-11-2026, 07:44 | Orqanizmdə daş yaranan dörd nahiyə: Bəziləri təhlükəli nəticələrə səbəb olur
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.