Goranboyda iki avtomobil TOQQUŞDU: Ölən və xəsarət alanlar var
Goranboyda iki minik maşını toqquşub. Mediaxeberleri.Az "Unikal"a istinadən xəbər verir ki, hadisə Goranboy-Ağcakənd yolunun rayonun Zeyvə kəndindən keçən hissəsində baş verib. Hərəkətdə olan VAZ markalı minik maşını ilə digər avtomobil toqquşub. Qəza zamanı 1 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Oxunub: 191
Xəbəri paylaş
Paylaş: