Azərbaycanlı gənc Polşada faciəli şəkildə öldü
Azərbaycanlı gənc Polşada yol-nəqliyyat hadisəsində ölüb. Mediaxeberleri.Az lent.az-a istinadən xəbər verir ki, hadisə Varşava yaxınlığında qeydə alınıb. Zaqatala rayon Üçüncü Tala kənd sakini, 29 yaşlı Anar Əsədlinin idarə etdiyi avtomobil qatarla toqquşub. Nəticədə A.Əsədli aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Hazırda onun nəşinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır. Qeyd edək ki, Anar Əsədli iki ildir Polşada yaşayır və işləyirmiş.
Oxunub: 50
Xəbəri paylaş
Paylaş: