Kürdəmirdə məktəbli 11-ci sinif şagirdinə xəsarət yetirdi
Kürdəmir şəhər 6 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi digər məktəbli yoldaşına xəsarət yetirib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə "Report"a Mərkəzi Aran Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, fevralın 7-si Kürdəmir şəhər 6 nömrəli tam orta məktəbinin 10-cu sinif şagirdi həmin məktəbin 11-ci sinif şagirdinə xəsarət yetirib: "Xəsarət almış şagird tibb müəssisəsinə aparılıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək", - məlumatda qeyd olunub. Həmçinin əlavə olunub ki, şagirdlərin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən diqqətdə saxlanılır.
Oxunub: 40
Xəbəri paylaş
Paylaş: