Bakıda iki avtomobil toqquşdu: xəsarət alan var
Bakının Nizami rayonunda sərnişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Mediaxeberleri.Az "Report"a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində sərnişin, 1986-cı il təvəllüdlü Nəbiyev Nicat Firidun oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 165
Xəbəri paylaş
Paylaş: