“Bəzi hərbçilərə 20 il qüsursuz xidmət etsələr də mənzil verilmir” - Həsənquliyev
"Daxili Qoşunlar, Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçilərinə 20 il qüsursuz xidmət etsələr də mənzil verilmir". Mediaxeberleri.Az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib. O bildirib ki, Azərbaycan Ordusunda xidmət keçənlərə bu mənzillər verilir, ona görə də DSX və Daxili Qoşunların hərbçiləri də bununla bağlı müraciət edirlər. Deputat qeyd edib ki, hərbçilərin müraciətlərinə daha diqqətlə yanaşılmalıdır.
Oxunub: 44
Xəbəri paylaş
Paylaş: