Mediaxeberleri.az
    
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
  • 
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • 
  • Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
    Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "XAİN, ANTİMİLLİ, SATQIN STRUKTURLAR..." - Prezidentdən sərt AÇIQLAMA + TAM MƏTN (Yenilənib)
    "XAİN, ANTİMİLLİ, SATQIN STRUKTURLAR..." - Prezidentdən sərt AÇIQLAMA + TAM MƏTN (Yenilənib)

Son xəbərlər :
  • Fransada tələbələrin etirazları böyüyür: Yeddi min nəfər saxlanıldı
  • Çempionlar Liqası: “Sabah” “Slaviya”nı məğlub etdi
  • Qərbi Azərbaycanın Ərəfsə kəndi: Tarixi mənbələr nəyi üzə çıxarır? - Foto/Video
  • Azərbaycan ideoloji məkanı Türkiyənin "5-ci kolon"undan nə zaman təmizlənəcək?
  • Azərbaycanda bu qəzalı körpü bərpa ediləcək
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • Bölgədə tibb məntəqələrində vətəndaşlara iynə vurulmasına da icazə verilmir - NİYƏ?
  • Çox içki içənlərin bədəni niyə ağrıyır?
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • Hakan Fidan və Abbas Əraqçi telefonla danışdı
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • Nizami Cəfərov: 10 yaşlı uşaq nə bilir hicab nədir? Bu, valideyn təzyiqidir!
  • “Sabah” – “Slaviya” matçı üçün nəqliyyat planı açıqlandı: Azarkeşlərə vacib xəbərdarlıq
  • Azərbaycanda əhalinin borc yükü artdı
  • Silahla rəftarı bacarmayan erməni hərbçi özünü vurdu
  • Röya: “Qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz: susmamalı, mövqeyimizi ortaya qoymalıyıq”
  • Yetim gəlinin istəyi ölkəni hərəkətə gətirdi: tarixin ən dəbdəbəli toyu keçirildi - VİDEO
  • Mərkəzi Banka yeni səlahiyyət verilir
  • Moskva ilə İrəvan arasında QIRILMA: Əsas mübarizə nəyə görədir?
  • Şövkət Mirziyayev Azərbaycana gəlir
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Gözlərimiz və kompüter

  • Tarix: 2-02-2025, 12:49

Hər gün bir neçə saat kompüter qarşısında keçirirsinizmi?

İş gününün axırına və bəzən hətta ortasına yaxın aşağıdakı əlamətlər sizə tanışdırmı:

- görmə itiliyinin zəifləməsi;

- yaxında yerləşən əşyalardan uzaqdakı obyektlərə və əksinə baxışınızı yönəldərkən çətinlik (akkomodasiya pozulması);

- əşyaları ikili görmə;

- yazı oxuyarkən tez yorulma;

- gözlərdə yandırma hissi;

- gözə “qum düşməsi” hissi;

- göz və alın nahiyəsində ağrı, baş ağrısı və ya gözlərin hərəkəti zamanı ağrılar;

- gözlərin qızarması?

Kompüterin gözə və görmə qabiliyyətinə bu kimi mənfi təsirlərinin geniş yayılması oftalmologiyada yeni bir terminin əmələ gəlməsinə gətirib çıxarmışdır – “kompüter görmə sindromu” (və ya “yorğun gözlər sindromu”).

Bəs kompüterin gözə mənfi təsirinin səbəbi nədir?

Ətrafımızdakı real əşyalardan və kağız üzərindəki yazılardan fərqli olaraq, monitordakı görüntü ayrı-ayrı işıqlanan və sayrışan nöqtələrdən ibarətdir. Üstəlik, bu qeyri-təbii görüntüyə uyğunlaşan baxışlarımızı biz tez-tez ekrandan klaviaturaya, sənədlərdəki yazılara və yenə də ekrana yönəldirik. Bu kimi iş rejimi gözlərin artıq yüklənməsi, göz zəifliyinin əmələ gəlməsi və ya artmasına gətirir. Beləliklə, görmə qabiliyyətinin pisləşməsi iş vaxtını kompüter qarşısında keçirənlərin ümumi probleminə çevrilir.

Nə edə bilərik?

Əslində, kompyuter qarşısında 3-4 saatdan artıq qalmamalıyıq və hər saatdan bir 20 dəqiqəlik fasilə etməliyik. Əlbəttə, bu çox vaxt mümkün olmur. Kompüterin gözlərə davamlı mənfi təsirini müəyyən qədər azaltmaq üçün isə aşağıdakılara riayət etməniz məsləhətdir:

1. İş yerinizi düzgün təşkil edin

Yaxşı monitor - əsas şərtdir. Müasir və keyfiyyətli, diaqonal ölçüsü 17` və ya 19` (43-48 sm) olan mayekristallı monitor, kağız sənədləri ilə işləyən şəxs üçün ən gözəl seçimdir. Əski elektron şüalı monitorlara nisbətən bu monitorların gözlərə vurduğu ziyan xeyli azdır. Monitorun ekranı gözdən 60 sm məsafədə yerləşməlidir. Bu məsafədə yazıları görməyə çətinlik çəkirsinizsə, daha iri şrifti seçin, məsafəni azaltmayın. Şriftin rənginə gəlincə, ən düzgün seçim - ağ fonda qara hərflərdir.

Kompüteri elə yerləşdirin ki, pəncərənin işığı monitorun yan tərəfinə düşsün. Ekran üzərinə istər təbii günəş işığının, istərsə də tavan və ya stolüstü lampaların işıqlarının düşməsi parıltı əmələ gətirir. Belə halda monitordakı görüntünün izlənilməsi gözə əlavə gərginlik hesabına başa gəlir. Otaq nə çox işıqlı, nə də qaranlıq olmalıdır, optimal variant – yayılmış sönük işıqdır.

Monitorun parlaqlığı otağın işıqlanmasına uyğun olmalıdır. Onu düzgün tənzimləmək üçün ekranda istənilən ağ rəngli görüntüyə nəzər salın, məsələn, Word sənədinin ağ səhifəsinə. Bu səhifə işıqlanan lampanı xatırladırsa, parlaqlıq azaldılmalıdır. Əksinə, səhifə tutqun və boz görünürsə, parlaqlığı artırın. Bundan sonra kontrastlığı tənzimləyin – adətən daha kontrast görüntü daha məsləhətlidir.

Monitorun masada həddən artıq aşağı səviyyədə yerləşdirilməsi də tez-tez rast gəlinən səhvlərdən biridir. İstifadəçi buna fikir verməsə də, görüntünü dəqiq görmək üçün başını və belini əyməli olur. Nəticədə boyun əzələləri gərginləşir, onurğa sütunu həddən artıq yüklənir, beyinin qanla təminatı zəifləyir, baş ağrıları və digər narahatlıqlar əmələ gəlir. Bu halın qarşısını almaq üçün monitoru elə yerləşdirin ki, onun mərkəzi gözlərinizin səviyyəsində və ya bir qədər aşağıda olsun. Klaviatura isə düz monitorun qarşısında olmalıdır – onların biri birinə qarşı çəpinə yerləşdirilməsi daha bir səhvdir.

Ekranın tam təmiz və ləkəsiz olması mütləq şərtdir. Bunun üçün ən azı həftədə bir dəfə onu xüsusi maye və salfetlərlə silib təmizləyin.

2. Gözlər üçün gimnastik hərəkətlər

Hər saatdan bir qısa fasilə edin – ayağa qalxıb gəzişin, gözləriniz üçün 5 dəqiqəlik xüsusi gimnastika edin:

- başınızı çevirmədən bir neçə dəfə sağa-sola baxın;

- yenə də başınızı hərəkətsiz saxlayaraq baxışınızı bir neçə dəfə yuxarı-aşağı yönəldin;

- gözlərinizlə dairəvi hərəkətlər edin - əvvəl saat əqrəbi istiqamətdə, sonra isə əks istiqamətdə (başgicəllənmə ehtimalı olduğuna görə bu hərəkətləri oturaq vəziyyətdə edin);

- gözlərinizi mümkün qədər geniş açın, sonra isə mümkün qədər möhkəm yumun, bu hərəkətləri surətlə edin;

- pəncərəyə yaxın durun, şüşə üzərində olan bir nöqtəyə diqqətlə baxın, sonra isə baxışınızı çox uzaqda olan bir obyektə yönəldin.

Bu hərəkətləri hər istiqamətə 6 dəfə və ya daha artıq yerinə yetirin.

3. Düzgün və çeşidli qidalanma

Düzgün və tam dəyərli qida gözlərin sağlam olması üçün vacib şərtlərdəndir. A, S, E vitaminləri, eləcə də kalium, kalsium, sink mikroelementləri insan gözü üçün xüsusi əhəmiyyət kəsb edir. Vitamin A - kahı, göy noxud, yemiş, pomidor, soğan, kəsmik, kərə yağı, qara ciyərin tərkibində, vitamin E isə tərəvəzlər, paxlalı bitkilər, göyərti, bitki yağları, balıq tərkibində mövcuddur. İtburnu, qarağat, sitrus meyvələri, kələm vitamin S ilə zəngindir.

Gözlər və bütün orqanizm üçün daha bir xeyirli məhsul - provitamin A (karotin) mənbəyi olan kök və xüsusilə kök şirəsidir. Qara gavalı və ərik qurusu, kişmiş və bal – kalium, süd məhsulları isə kalsium ehtiyacını ödəyir.

4. Profilaktik tədbirlər

Çobanyastığı və yaşıl çay paketlərindən kompreslər gözlərin yorğunluğunu alır, qıcıqlanmasını azaldır.

Apteklərdə göz üçün olan xüsusi vitamin və mineral kompleksləri satılır ki, onları da həkimlə məsləhətləşdikdən sonra ildə 1-2 dəfə kurs şəklində qəbul etmək olar. Balıq piyi qözlər üçün çox xeyirli hesab olunur. Balıq piyi preparatları da ildə bir neçə dəfə kurs kimi içmək olar.

Unutmayın, iş vaxtınızı kompüter qarşısında keçirirsinizsə, ildə 1 dəfə həkim-oftalmoloqun qəbuluna yazılın və gözlərinizi müayinədən keçirin. Problemlərin ilkin mərhələdə erkən aşkar olunması profilaktik və müalicəvi tədbirlərin effektivliyini artırır.

Saglamolun.Az


Oxunub: 403
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 22:49 | Fransada tələbələrin etirazları böyüyür: Yeddi min nəfər saxlanıldı
    Dünən, 22:40 | Çempionlar Liqası: “Sabah” “Slaviya”nı məğlub etdi
    Dünən, 22:15 | Qərbi Azərbaycanın Ərəfsə kəndi: Tarixi mənbələr nəyi üzə çıxarır? - Foto/Video
    Dünən, 21:03 | Azərbaycan ideoloji məkanı Türkiyənin "5-ci kolon"undan nə zaman təmizlənəcək?
    Dünən, 20:57 | Azərbaycanda bu qəzalı körpü bərpa ediləcək
    Dünən, 20:25 | Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Dünən, 20:21 | Bölgədə tibb məntəqələrində vətəndaşlara iynə vurulmasına da icazə verilmir - NİYƏ?
    Dünən, 20:14 | Çox içki içənlərin bədəni niyə ağrıyır?
    Dünən, 20:04 | “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    Dünən, 19:59 | Hakan Fidan və Abbas Əraqçi telefonla danışdı
    Dünən, 19:57 | Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Dünən, 19:49 | Nizami Cəfərov: 10 yaşlı uşaq nə bilir hicab nədir? Bu, valideyn təzyiqidir!
    Dünən, 19:45 | “Sabah” – “Slaviya” matçı üçün nəqliyyat planı açıqlandı: Azarkeşlərə vacib xəbərdarlıq
    Dünən, 19:35 | Azərbaycanda əhalinin borc yükü artdı
    Dünən, 19:22 | Silahla rəftarı bacarmayan erməni hərbçi özünü vurdu
    Dünən, 19:19 | Röya: “Qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz: susmamalı, mövqeyimizi ortaya qoymalıyıq”
    Dünən, 19:13 | Yetim gəlinin istəyi ölkəni hərəkətə gətirdi: tarixin ən dəbdəbəli toyu keçirildi - VİDEO
    Dünən, 19:07 | Mərkəzi Banka yeni səlahiyyət verilir
    Dünən, 19:05 | Moskva ilə İrəvan arasında QIRILMA: Əsas mübarizə nəyə görədir?
    Dünən, 18:31 | Şövkət Mirziyayev Azərbaycana gəlir
    Dünən, 16:40 | Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Dünən, 16:18 | Şəhid bacısı Zaqatala təhsil sektoruna müdir təyin edildi
    Dünən, 15:59 | Rusiyada Mərkəzi Asiya qazını Avropaya nəql edən kəmərdə partlayış baş verib
    Dünən, 15:58 | Bakıda qadın məsləhətxanaları təmir edilir – 700 mindən artıq vəsait sərf olunacaq
    Dünən, 15:56 | Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - Hadisə anı - VİDEO
    Dünən, 14:09 | AKP-yə yaxın resurslarda Azərbaycana qarşı qərəz...
    Dünən, 13:49 | Azərbaycanda ilk dəfə meyitdən ürək köçürülən gənc öldü
    Dünən, 13:47 | Bakıda məktəbi yandırmaq istəyən 6 nəfər saxlanıldı
    Dünən, 13:26 | ABŞ və Avropa Ukrayna üçün yeni gizli sülh planı hazırlayır - Detallar
    Dünən, 13:19 | "İmişli" baş məşqçisi ilə niyə qəfil vidalaşdı? - Səbəb məlum oldu
    Dünən, 13:14 | Rusiya bir gecədə bu qədər PUA vurdu
    Dünən, 13:12 | Baş nazir sudan ödənişli istifadə ilə bağlı qərar imzalayıb
    Dünən, 13:07 | Saakaşvili Azərbaycanı dəstəklədi, İranı ittiham etdi: “Cəsarətli addımdır!”
    Dünən, 13:01 | “Yekə kişidir, şıllaq atır, şüşəni sındırıb içəri soxulur” - ETİRAZ
    Dünən, 12:55 | Laçın rayonu “Qoç ət” şirkətinə PEŞKƏŞ EDİLİB? - sakinlər HARAY ÇƏKİR
    Dünən, 12:51 | Sabahın havası açıqlandı
    Dünən, 12:42 | Hicab və məktəbli forması ilə bağlı müzakirələr - Filosofdan milli dəyərlər və təhsil mesajı
    Dünən, 12:37 | Azərbaycanda avtomobil istehsalı artıb - Foto
    Dünən, 12:09 | Azərbaycan neftinin qiyməti 131 dolları keçdi
    Dünən, 12:07 | Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək
    Dünən, 12:03 | Fələstinin erməni əsilli XİN rəhbəri Bakıya gəlir
    Dünən, 12:00 | "Azərbaycanla sülh “təməl daşı” olacaq" - Paşinyan
    Dünən, 11:58 | Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı
    Dünən, 11:54 | "Putin Zelenskidən daha çox sülh sazişi bağlamaq istəyir" - Donald Tramp
    Dünən, 11:47 | İlham Əliyevin Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub - Foto
    Dünən, 11:41 | Aqil Babayevin anasından prezidentə müraciət: “Son ümidimiz Sizədir!”
    Dünən, 11:02 | Məleykə Abbaszadə bu il 600-dən yuxarı bal toplayanların sayını açıqladı
    Dünən, 10:53 | Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"
    Dünən, 10:40 | Emin Əmrullayevin təzhizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları
    Dünən, 08:36 | Şagirdlər bu məktəbdən QAÇAQ DÜŞÜB - NƏ BAŞ VERİR?
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.