Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ
    Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ

Son xəbərlər :
  • Qazaxda region gənclərinin inkişafı və karyera planlaması müzakirə olunub
  • Eldar Əzizov onu rəis təyin etdi
  • Məktəbdə yıxılaraq həyatını itirən şagird Salyanda dəfn olundu - FOTO
  • Xəzər ətrafında yaşayan sakinlər kənar ərazilərə köçürülə bilər...
  • Sabah Masallının bu kəndlərində qaz olmayacaq
  • Paşinyan: Azərbaycanla sülh 400 il və daha uzun müddətə bağlanmalıdır
  • Qızların qaldığı yataqxanada nə baş verib? - "Hansısa qız oğlanla bu zonaya keçə bilməz" - VİDEO
  • Jurnalistlərin döyüldüyü məktəbin direktor müavini danışdı: "Kənar adam olmayıb, hamısı məktəblilərdir"
  • Mətbuat Şurasından məktəbdəki insidentlə bağlı açıqlama
  • Sabah hava belə olacaq
  • AMB sədri kartlardakı limit məsələsinə aydınlıq gətirdi
  • Ali Məhkəmədən Hacı Vəliyevlə bağlı qərar
  • Emin Əmrullayevin bacarıqsızlığı və yaratdığı acı mənzərə Prezidentə detallı məruzə olunmalıdır
  • Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?
  • Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət bayramı münasibətilə paylaşım edib
  • Bu rayonların icra hakimiyyətlərində həbslər BAŞLAYIR? – AÇIQLAMA
  • Kəlbəcərdə ağır qəza: Ölən və xəsarət alanın kimliyi məlum oldu
  • Bağça direktoru azyaşlıya qarşı zorakılıq edib?
  • Kiçik pomidorlarda böyük təhlükə!
  • Media əməkdaşlarının çəkiliş zamanı məktəbin həyətində hücuma qalmaları ilə bağlı araşdırma başladı
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Nəcməddin Sadıkovun 143 milyon manatlıq oğurluğu - ŞOK DETALLAR

  • Tarix: 23-09-2023, 08:55

Sentyabrın 22-də Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi, hazırda həbsdə olan general-mayor Nizami Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Mediaxeberleri.Az xəbər verir ki, Azərbaycanın müdafiə xərcləri üçün dövlət büdcəsindən ayrılan külli miqdarda vəsaiti ələ keçirməkdə ittiham olunan general məhkəmə qarşısında tək deyil. O, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin keçmiş rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinə rəhbərlik etmiş Bayram Bayramov və bu idarənin zabiti Vüsal Əlizadə ilə birlikdə mühakimə olunur.

İttihama görə müttəhimlər 5 il ərzində Müdafiə Nazirliyinə dövlət büdcəsindən ayrılan 143 milyon manat yeyintiyə yol veriblər. Söhbət hərbi hissələrə, hospitala, hərbi liseyə, ali hərbi məktəbə və başqa qurumlara ərzaq və avadanlıq alınarkən yol verilən yeyintilərdən gedir. Bu məsələlər Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi, general-mayor Nizami Məmmədov haqqında ittiham aktında öz əksini tapıb.

Prosesdə prokuror ittiham aktını açıqlayarkən bilinib ki, Müdafiə Nazirliyinin tabeliyindəki qurumlar üçün ərzaq və avadanlıqların alınmasından ötrü şirkətlərlə öncədən qiymət şişirtməsi ilə bağlı razılaşma olub. Şirkətlərin hesabına da ona uyğun vəsait köçürülüb. Şirkət sonradan artıq məbləği razılaşmaya uyğun şəkildə nağdlaşdıraraq geri qaytarıb.

İttihama görə, təkcə Müdafiə Nazirliyinə daxil qurumların azuqə ehtiyaclarının ödənilməsindən ötrü bir şirkətdən ərzaq alışı zamanı qiymət şişirdilməsi nəticəsində 20 milyon manatlıq yeyinti olub. Ali Hərbi Məktəbə ərzaq və başqa avadanlıqlar alınarkən, qiymət şişirdilməsi ilə 8 milyon manatlıq mənimsəməyə yol verilib.

İttihamda Mərkəzi Hərbi Hospital, 20-dən çox hərbi hissə və başqa qurumlara ərzaq, avtomobil ehtiyat hissələri, kompüter və s. alışında qiymətlərin artıq göstərilməsindən bəhs olunur.

Cinayət işinin materiallarında iddia edilir ki, şirkətlərlə müqavilə bağlanarkən məbləğlərin yuxarı göstərilməsi, sonradan artıq pulların geri alınması və o vəsaitlərin mənimsənilməsi prosesi ovaxtkı Baş Qərargah rəisi Nəcməddin Sadıkovun göstərişi ilə baş verib.

General Nizami Məmmədov və digər 3 nəfər ittihama münasibət bildirərkən, özlərini qismən təqsirli bildiklərini deyiblər.

“Mən satınalmalar məsələsində özümü təqsirli bilmirəm. O məsələyə mənim aidiyyətim olmayıb. İşlədiyim dövrdə 12 milyon mənimsəməyə yol verilib, bu məsələdə özümü təqsirli bilirəm, onu da ödəmişəm”, - general Nizami Məmmədov məhkəmədə belə deyib.

Müttəhim Cəlal Kazımov deyib ki, baş verənlərin birbaşa deyil, dolayısı ilə iştirakçısı olub. O, cinayəti birbaşa törədənin kənarda qaldığı halda, məsuliyyətə cəlb edilməsindən narazılığını dilə gətirib.

Təqsirləndirilən Vüsal Əlizadənin vəkili işdə dövlət sirri sayılacaq bilgilər ola biləcəyini əsas gətirərək, məhkəmənin qapalı keçirilməsini istəyib.

Müdafiəçi mümkün dövlət sirrinin sosial şəbəkələrdə yayılmaması üçün təqsirləndirilən şəxslərin ifadə verdiyi məhkəmə iclaslarının qapalı keçirilməsinin məqsədəuyğunluğunu diqqətə yetirib.

Hakim Fikrət Əliyev hazırlıq iclasında bu fikrin səsləndiyini söyləyərək, vəsatəti müzakirəyə çıxarmadan məhkəmənin qapalı keçirilməsinə qərar verib.

General Nizami Məmmədov da daxil, Müdafiə Nazirliyinin bir sıra yüksək vəzifəli şəxsi ötən ilin əvvəlində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatlarla həbs olunublar. Bu cinayət işi üzrə araşdırmalar da DTX-nın İstintaq Baş İdarəsində aparılıb.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 10 ildən 14 ilədək həbs cəzası nəzərdə tutulub.

Həbs olunanlar arasında Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi olmuş Fikrət Mirzəyev, Satınalmalar və Təchizat İdarəsinin keçmiş rəhbəri Məlikməmməd Qurbanov, ondan əvvəl bu qurumun rəisi olmuş Mahir Şirvanov da var. Onların da məhkəməsi hazırda Bakı Hərbi Məhkəməsində davam edir.

Məlikməmməd Qurbanov məhkəmədə deyib ki, o, şirkətlərdən qaytarılan pulları aparıb Nəcməddin Sadıkova verib. General Sadıkov ünvanına səslənən bu ittihamlara heç bir cavab verməyib.

Cinayət işinin materiallarında da Nəcməddin Sadıkovla bağlı ittihamlar yer alıb.



Oxunub: 763
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 21:03 | Qazaxda region gənclərinin inkişafı və karyera planlaması müzakirə olunub
    Dünən, 18:41 | Eldar Əzizov onu rəis təyin etdi
    Dünən, 18:32 | Məktəbdə yıxılaraq həyatını itirən şagird Salyanda dəfn olundu - FOTO
    Dünən, 18:31 | Xəzər ətrafında yaşayan sakinlər kənar ərazilərə köçürülə bilər...
    Dünən, 18:29 | Sabah Masallının bu kəndlərində qaz olmayacaq
    Dünən, 16:00 | Paşinyan: Azərbaycanla sülh 400 il və daha uzun müddətə bağlanmalıdır
    Dünən, 15:55 | Qızların qaldığı yataqxanada nə baş verib? - "Hansısa qız oğlanla bu zonaya keçə bilməz" - VİDEO
    Dünən, 13:31 | Jurnalistlərin döyüldüyü məktəbin direktor müavini danışdı: "Kənar adam olmayıb, hamısı məktəblilərdir"
    Dünən, 13:29 | Mətbuat Şurasından məktəbdəki insidentlə bağlı açıqlama
    Dünən, 12:56 | Sabah hava belə olacaq
    Dünən, 12:55 | AMB sədri kartlardakı limit məsələsinə aydınlıq gətirdi
    Dünən, 12:54 | Ali Məhkəmədən Hacı Vəliyevlə bağlı qərar
    Dünən, 12:27 | Emin Əmrullayevin bacarıqsızlığı və yaratdığı acı mənzərə Prezidentə detallı məruzə olunmalıdır
    Dünən, 09:19 | Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?
    Dünən, 09:17 | Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət bayramı münasibətilə paylaşım edib
    Dünən, 08:10 | Bu rayonların icra hakimiyyətlərində həbslər BAŞLAYIR? – AÇIQLAMA
    Dünən, 07:53 | Kəlbəcərdə ağır qəza: Ölən və xəsarət alanın kimliyi məlum oldu
    Dünən, 07:51 | Bağça direktoru azyaşlıya qarşı zorakılıq edib?
    Dünən, 07:48 | Kiçik pomidorlarda böyük təhlükə!
    Dünən, 07:47 | Media əməkdaşlarının çəkiliş zamanı məktəbin həyətində hücuma qalmaları ilə bağlı araşdırma başladı
    Dünən, 07:45 | "ChatGPT"nin dərmanla bağlı məsləhəti qadının həyatına son qoydu - FOTO
    Dünən, 07:44 | Almaniya doğrudan dağılır? Hər 4 saniyədə 1 nəfər işini itirir
    Dünən, 07:42 | Bakıda 2 yaşlı uşağı qonşuya tapşırdı, qayıdanda öldüyünü gördü
    Dünən, 00:03 | Media əməkdaşlarının çəkiliş zamanı məktəbin həyətində hücuma qalmaları ilə bağlı araşdırma başladı
    28-10-2026, 20:26 | "Qarabağ" "Dinamo Zaqreb"lə qarşılaşdı
    28-10-2026, 20:24 | Sabah Bakının bu yolları bağlanacaq
    28-10-2026, 20:11 | Bakıda poliklinikada rentgen şəkillərini qızdırıcıda qurudurlar? - VİDEO
    28-10-2026, 19:43 | Gəncə şəhərində yolların əsaslı təmirini bu şirkət həyata keçirəcək – 4.8 milyon alacaq
    28-10-2026, 19:42 | Füzulidə yeniyetmənin şok qisası: atasına görə 86 minlik malı YANDIRDI
    28-10-2026, 19:40 | Bu nazirliyin mətbuat xidmətinin rəhbəri işdən çıxarıldı
    28-10-2026, 19:38 | Leyla və Arzu Əliyevalar konsertdə iştirak etdilər
    28-10-2026, 18:27 | 15 il əvvəl dövlət torpağını zəbt edib ev tikdi – Məhkəmə cəzalandırdı
    28-10-2026, 18:25 | Dövlət xətti ilə ipoteka kreditinin verilməsi qaydaları dəyişdi
    28-10-2026, 18:21 | Ağstafanın Aşağı Göycəli kəndindən olan Birinci Qarabağ müharibəsi şəhidimizin anası evində ziyarət olunub
    28-10-2026, 18:13 | Zal Yusifovun oğlunun işi: Səs yazısı var...
    28-10-2026, 18:11 | Azərbaycanda aliment artırılacaq
    28-10-2026, 17:30 | Ağstafa rayon Heydər Əliyev Mərkəzində 8 Noyabr Zəfər Gününə ithaf olunan “Gülüstan” tamaşası nümayiş etdirilib
    28-10-2026, 16:42 | Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
    28-10-2026, 16:37 | Ramiz Mehdiyev Xoşqədəmi bu yolla öldürtmək istəyirmiş - Planın üstü necə açılıb?
    28-10-2026, 16:34 | Prezident 2 fərman imzaladı
    28-10-2026, 16:13 | Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarıldı
    28-10-2026, 16:11 | Mehdiabad sakinlərinin avtobus problemi: bəziləri gecikir, bəziləri qəsəbəyə girmir
    28-10-2026, 16:10 | 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü - O hadisədən əvvəl nə deyib? - YENİLƏNİB
    28-10-2026, 16:07 | Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
    28-10-2026, 15:30 | Daxili işlər naziri Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
    28-10-2026, 15:12 | Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu
    28-10-2026, 14:43 | Şirvan kanalından Hacıqabul gölünə su axıdılacaq
    28-10-2026, 14:16 | Bu yol tam bağlandı
    28-10-2026, 14:10 | Vəzifəli şəxslərə kənar fəaliyyətlərlə əlaqədar məhdudiyyətlər və qadağalar qoyulacaq
    28-10-2026, 13:59 | İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.