"Qarabağ"ın "vuran ayağı" "Sevilya"ya keçir - Bu tarixə kimi...
"Qarabağ"ın futbolçusu Juninyonun "Sevilya"ya transferi tamamlanmaq üzrədir. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə İspaniyanın "Ficherio" məlumat yayıb. Bildirilib ki, artıq klublar arasında razılıq əldə olunub. Braziliyalı hücumçunun La Liqa klubuna keçidi 3-3,5 milyon avroya başa gələcək. Qeyd olunub ki, "Sevilya" Juninyonun transferi ilə bağlı "Qarabağ"la bəzi detallar istisna olmaqla anlaşıb. 28 yaşlı forvardın komandanın La Liqanın 20-ci turu çərçivəsində yanvarın 12-də "Valensiya" ilə keçirəcəyi oyuna qədər komandaya qoşulacağı bildirilir. Heybət Məmmədov
 

 
 
Oxunub: 766
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 






















