TEYMUR MUSAYEV HƏBSİN BİR ADDIMLIĞINDA - Gecəni nazirlikdə keçirdi, heç kəs telefonlarına cavab vermir
Hüquq-mühafizə orqanlarının Səhiyyə Nazirliyində keçirdiyi antikorrupsiya əməliyyatı nazir Teymur Musayevi qorxuya salıb. Qeyd edək ki, aparılan əməliyyat zamanı nazirliyin bir neçə yüksək vəzifəli şəxsinin – nazir müavini İlqar Qasımov və İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmova saxlanıldığı deyilir. Bundan əlavə daha 4 nəfərin də həbsi xəbəri var. Nazirlikdəki mənbənin gununsesi.info-ya verdiyi məlumata görə, nazir Teymur Musayev yola saldığımız gecəni iş otağında keçirib. Ən yaxın ətrafı ilə iclas təşkil edərək, onları gözləyən təhlükədən çıxmağın yollarını müzakirə edib. Mənbəmiz nazirin yaxın olduğu yüksək vəzifəli şəxslərə etdiyi telefon zənglərinin də cavabsız qaldığını bildirib. “Həbs edilən şəxslər nazirin əleyhinə ifadə verəcəyi təqdirdə onun da vəzifədən azad edilib məsuliyyətə cəlb olunacağı qaçılmazdır” deyə mənbəmiz əlavə edib.