Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ
    Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ

Son xəbərlər :
  • Eldar Əzizov onu rəis təyin etdi
  • Məktəbdə yıxılaraq həyatını itirən şagird Salyanda dəfn olundu - FOTO
  • Xəzər ətrafında yaşayan sakinlər kənar ərazilərə köçürülə bilər...
  • Sabah Masallının bu kəndlərində qaz olmayacaq
  • Paşinyan: Azərbaycanla sülh 400 il və daha uzun müddətə bağlanmalıdır
  • Qızların qaldığı yataqxanada nə baş verib? - "Hansısa qız oğlanla bu zonaya keçə bilməz" - VİDEO
  • Jurnalistlərin döyüldüyü məktəbin direktor müavini danışdı: "Kənar adam olmayıb, hamısı məktəblilərdir"
  • Mətbuat Şurasından məktəbdəki insidentlə bağlı açıqlama
  • Sabah hava belə olacaq
  • AMB sədri kartlardakı limit məsələsinə aydınlıq gətirdi
  • Ali Məhkəmədən Hacı Vəliyevlə bağlı qərar
  • Emin Əmrullayevin bacarıqsızlığı və yaratdığı acı mənzərə Prezidentə detallı məruzə olunmalıdır
  • Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?
  • Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət bayramı münasibətilə paylaşım edib
  • Bu rayonların icra hakimiyyətlərində həbslər BAŞLAYIR? – AÇIQLAMA
  • Kəlbəcərdə ağır qəza: Ölən və xəsarət alanın kimliyi məlum oldu
  • Bağça direktoru azyaşlıya qarşı zorakılıq edib?
  • Kiçik pomidorlarda böyük təhlükə!
  • Media əməkdaşlarının çəkiliş zamanı məktəbin həyətində hücuma qalmaları ilə bağlı araşdırma başladı
  • "ChatGPT"nin dərmanla bağlı məsləhəti qadının həyatına son qoydu - FOTO
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Dünyanın 77 il susduğu cinayət: Ermənistanın cavabsız qalan əməlləri

  • Tarix: 23-12-2024, 21:35

Bu gün keçmiş SSRİ-nin Azərbaycana və azərbaycanlılara qarşı yaşatdığı faciəvi günlərin 77 ili tamam olur. Dekabrın 23-də indiki Ermənistandan azərbaycanlıların köçürülməsinə dair qərar qəbul olunub.

Tarixi mənbələrə əsasən, 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti "Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərar qəbul edib: "1948-1950-ci illərdə könüllülük prinsipi əsasında Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülsün".

Qərarın 1-ci bəndində 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min və 1950-ci ildə 50 min nəfərin köçürülməsi nəzərdə tutulurdu. Həmin qərarın 11-ci bəndinə əsasən, Ermənistan SSR Nazirlər Sovetinə azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar onların boşaltdıqları tikililəri və yaşayış evlərini xaricdən Ermənistana gələn ermənilərin yerləşdirilməsi üçün istifadə etmələrinə icazə verilir.

Bu qərarın qəbul edilməsi təsadüfi deyildi. Sənəd ermənilərin "Böyük Ermənistan" xülyasının tərkib hissəsi idi. Onlar XX əsrin əvvəllərində, xüsusi ilə Azərbaycanı sovetlər işğal etdikdən sonra ərazilər əldə etməkdən şirniklənərək bu məsələni yenidən qaldırmışdılar.

Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Q.Arutinov 1945-ci il mayın 15-də SSRİ Xalq Komissarları Sovetinin sədri İ.Stalinə məktubla müraciət edərək, xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına "qaytarılması" haqqında qərarın qəbul edilməsini istəyib. İyunun 6-da İ.Stalin Kremldə Q.Arutinovu qəbul edib. O da Stalinə Türkiyə ilə 1914-cü ildəki vəziyyətə uyğun sərhədləri bərpa etmək haqqında məktubunu verib.

Oktyabrın 27-də Q.Arutinov yenidən İ.Stalinin qəbulunda olub. SSRİ rəhbəri birinci katibə sovetlərin Türkiyəyə qarşı ərazi iddiasının gündəlikdən düşmədiyini bildirib. Q.Arutinov 300 mindən artıq erməninin sovet Ermənistanına can atdığını, ancaq əvvəlcə "mövcud ədalətsizliyin" aradan qaldırılmasını - yəni "Dağlıq Qarabağ və Naxçıvan məsələsinin" həll olunmasını, bu ərazilərin Ermənistana birləşdirilməsi haqqında növbəti məktubunu Stalinə təqdim edib.

Bununla da Ermənistandakı azərbaycanlıların kütləvi məcburi köçünün növbəti faciəsi yaşandı.

Onda Stalin və SSRİ rəhbərliyi "kolxozçular" adı arxasında pis və insanlıqdan uzaq niyyətlərini gizlədərək, Ermənistandakı türklərin deportasiyasını reallaşdımağa başladılar.

Həmin illərdə sovet rəhbərliyi daha bir saxtakarlığa imza atmışdı. SSRİ Ali Sovetinin 1946-cı il oktyabrın 19-u tarixli fərmanına əsasən, xaricdən Ermənistana ermənilərin "repatriasiya"sı başlayıb. Bu məsələdə saxtakarlıq həmin ermənilərin "repatriant" adlanması idi. Halbuki onların Ermənistan, daha dəqiqi Qərbi Azərbaycan bölgələri ilə heç bir bağı olmamışdı. Onlar azərbaycanlıların çıxarıldığı ərazilərdə heç vaxt yaşamayıblar. Həmin "repatriantlara" Ermənistana daxil olan kimi sovet vətəndaşı pasportu verilib.

Tarixi sənədlərə əsasən, 1946-cı ildə Suriya, Yunanıstan, Livan, İraq, Bolqarıstan və Rumıniyadan 50 900, 1947-ci ildə Fələstin, Suriya, Fransa, ABŞ, Yunanıstan, Misir, İraq və Livandan 35 400 erməni indiki Ermənistanda yerləşdirilib.

Ümumiyyətlə, 1946-1949-cu illərdə xarici ölkələrdən Ermənistana 96 min erməni köçürülüb. Onların da böyük qismi İrəvanda məskunlaşdırılıb.

Moskva o vaxtlar etirazların qarşısını almaq məqsədi ilə 1947-ci il dekabrın əvvəlində Azərbaycan və Ermənistan kommunist partiyaları mərkəzi komitələrinin birinci katiblərinin adından Stalinə məktub göndərib. Məktubda Ermənistanda yaşayan 130 min azərbaycanlının köçürülməsi məsələsini həll etmək xahiş olunub.

Onlar Azərbaycanın Zərdab, Əli Bayramlı (Şirvan), Kürdəmir, Göyçay, Mirbəşir (Tərtər), Salyan, İmişli, Sabirabad, Jdanov (Beyləqan), Yevlax, Ucar, Saatlı, Puşkin (Biləsuvar) rayonlarında yerləşdiriliblər. İqlim fərqinə görə məcburi köçürülənlər yoluxucu xəstəliklərə tutulub, bir qismi ölüb.

Sənədlərə əsasən, 1948-1950-ci illərdə Ermənistandan köçürülmüş 8 110 ailədən yalnız 3 232-si yaşayış evləri ilə təmin olunmuşdu. 1950-ci ildə köçürülənlər üçün 3 500 ev tikmək qərara alınsa da, yalnız 470 ev tikilmişdi. Yalnız 1 488 köçkün ailəsi həyətyanı təsərrüfat sahəsi ilə təmin olunub. 1951-ci ildə köçkünlər üçün 5 min yaşayış evinin tikintisi planlaşdırılsa da, cəmisi 3 74 ev tikilib istifadəyə verilib. 1952-ci ildə Ermənistan SSR-dən Kür-Araz ovalığına 600 təsərrüfatın köçürülməsi planlaşdırılır. Sovetlərin plan artıqlaması, 124.6 faizlə yerinə yetirilir.

1951-ci ildən etibarən Azərbaycanda evsiz-eşiksiz qalan köçkün azərbaycanlıların bir qismi müxtəlif yollarla Ermənistana qayıdır. 1953-cü ildə İ.Stalinin ölümündən sonra azərbaycanlıların öz tarixi torpaqlarından deportasiyası azalır. Yaşayış şəraiti ağır olan əhalinin öz yurdlarına qayıtması prosesi sürətlənir.

1939-cu ildə keçirilən siyahıyaalma əsasən, İrəvan şəhərində 6 569 azərbaycanlı qeydə alındığı halda, 1959-cu ildə bu rəqəm 3 413 təşkil edib.

Həmin illərdə yüz mindən çox azərbaycanlı Ermənistandan Azərbaycana məcburi olaraq köçürülüb. Ermənistandan azərbaycanlıların deportasiyası ilə yanaşı, yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi əməliyyatı aparılırdı. Təkcə 1947-1953-cü illərdə 60-dan artıq azərbaycanlı yaşayış məntəqələrinin adlarını erməniləşdiriblər.

Həmin hadisələrdən 50 il sonra dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı Fərmanla 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan deportasiyasına ilk dəfə hüquqi-siyasi qiymət verilib.

Bu, 77 il əvvəl baş vermiş faciədən çox qısa xatırlatmadır. SSRİ-nin güclü dövründə ermənilər azərbaycanlılara qarşı bu cinayəti törətdilər. 1988-1991-ci illərdə sovetlərin çökdüyü dövrdə bunu sövt əsgəri və hərb maşının gücü ilə reallaşdırmağa başladı. Bu üç ilə yaxın dövr ərzində 300 minə yaxın azərbaycanlı indiki Ermənistandan, Qərbi Azərbaycandan, öz tarixi yurdlarından qovulub. Bununla da Ermənistan və erməni liderləri ölkədə azərbaycanlılara, türklərə qarşı etnik təmizləməni başa çatdırmış oldu. Onlar bunu havadarlarının yardımı ilə Qarabağda da reallaşdırmışdılar. 44 günlük Vətən müharibəsi bu işğalı nəticələrini aradan qaldırdı.

1988-1991-ci illərdə Ermənistan vətəndaşlığından güc yolu ilə məhrum edilmiş azərbaycanlılar, əsl repatriantlar öz evlərinə qayıtmaq üçün rəsmi İrəvana dəfələrlə müraciət edib. Onlar bütün istiqamətlər pozulmuş insan hüquqlarının bərpasını istəyir.

Prezident İlham Əliyev bu il dekabrın 5-də "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda II beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirib: "Ermənistan Qərbi Azərbaycan İcmasının fəaliyyətini qəsdən öz ərazi bütövlüyünə təhdid kimi təqdim etməyə çalışır. Lakin İcmanın məqsədi Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın dinc və təhlükəsiz şəraitdə, ləyaqətlə öz dədə-baba yurdlarına qayıdışının təmin olunmasından ibarətdir. Bu, sırf insan haqları məsələsidir".

Beynəlxalq ictimaiyyət 77 il öncə törədilən cinayətə müəyyən mənada Stalinin gücünə və edilən saxtakarlığa görə müdaxilə edə bilmirdi. Ancaq indi 300 min azərbaycanlının 36 ildir pozulan insan hüquqlarına laqeyd qalması bu cinayətlərə ən yaxşı halda göz yummaqdır. Zaman ən ədalətli hakimdir. Qarabağda ermənilərin azərbaycanlılara qarşı apardığı etnik təmizləmənin nəticələri aradan qalxdı. Ermənistan rəhbərliyi, beynəlxalq ictimaiyyət "Qarabağ Azərbaycandır" dedi. Qərbi azərbaycanlıların repatriasiyası məsələsi də ədalətli həllini gözləyən hüquq pozuntusudur. Beynəlxalq ictimaiyyət 77 il öncəki kimi yenə susacaq?

"Report" İnformasiya Agentliyi


Oxunub: 612
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 18:41 | Eldar Əzizov onu rəis təyin etdi
    Bu gün, 18:32 | Məktəbdə yıxılaraq həyatını itirən şagird Salyanda dəfn olundu - FOTO
    Bu gün, 18:31 | Xəzər ətrafında yaşayan sakinlər kənar ərazilərə köçürülə bilər...
    Bu gün, 18:29 | Sabah Masallının bu kəndlərində qaz olmayacaq
    Bu gün, 16:00 | Paşinyan: Azərbaycanla sülh 400 il və daha uzun müddətə bağlanmalıdır
    Bu gün, 15:55 | Qızların qaldığı yataqxanada nə baş verib? - "Hansısa qız oğlanla bu zonaya keçə bilməz" - VİDEO
    Bu gün, 13:31 | Jurnalistlərin döyüldüyü məktəbin direktor müavini danışdı: "Kənar adam olmayıb, hamısı məktəblilərdir"
    Bu gün, 13:29 | Mətbuat Şurasından məktəbdəki insidentlə bağlı açıqlama
    Bu gün, 12:56 | Sabah hava belə olacaq
    Bu gün, 12:55 | AMB sədri kartlardakı limit məsələsinə aydınlıq gətirdi
    Bu gün, 12:54 | Ali Məhkəmədən Hacı Vəliyevlə bağlı qərar
    Bu gün, 12:27 | Emin Əmrullayevin bacarıqsızlığı və yaratdığı acı mənzərə Prezidentə detallı məruzə olunmalıdır
    Bu gün, 09:19 | Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?
    Bu gün, 09:17 | Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət bayramı münasibətilə paylaşım edib
    Bu gün, 08:10 | Bu rayonların icra hakimiyyətlərində həbslər BAŞLAYIR? – AÇIQLAMA
    Bu gün, 07:53 | Kəlbəcərdə ağır qəza: Ölən və xəsarət alanın kimliyi məlum oldu
    Bu gün, 07:51 | Bağça direktoru azyaşlıya qarşı zorakılıq edib?
    Bu gün, 07:48 | Kiçik pomidorlarda böyük təhlükə!
    Bu gün, 07:47 | Media əməkdaşlarının çəkiliş zamanı məktəbin həyətində hücuma qalmaları ilə bağlı araşdırma başladı
    Bu gün, 07:45 | "ChatGPT"nin dərmanla bağlı məsləhəti qadının həyatına son qoydu - FOTO
    Bu gün, 07:44 | Almaniya doğrudan dağılır? Hər 4 saniyədə 1 nəfər işini itirir
    Bu gün, 07:42 | Bakıda 2 yaşlı uşağı qonşuya tapşırdı, qayıdanda öldüyünü gördü
    Bu gün, 00:03 | Media əməkdaşlarının çəkiliş zamanı məktəbin həyətində hücuma qalmaları ilə bağlı araşdırma başladı
    Dünən, 20:26 | "Qarabağ" "Dinamo Zaqreb"lə qarşılaşdı
    Dünən, 20:24 | Sabah Bakının bu yolları bağlanacaq
    Dünən, 20:11 | Bakıda poliklinikada rentgen şəkillərini qızdırıcıda qurudurlar? - VİDEO
    Dünən, 19:43 | Gəncə şəhərində yolların əsaslı təmirini bu şirkət həyata keçirəcək – 4.8 milyon alacaq
    Dünən, 19:42 | Füzulidə yeniyetmənin şok qisası: atasına görə 86 minlik malı YANDIRDI
    Dünən, 19:40 | Bu nazirliyin mətbuat xidmətinin rəhbəri işdən çıxarıldı
    Dünən, 19:38 | Leyla və Arzu Əliyevalar konsertdə iştirak etdilər
    Dünən, 18:27 | 15 il əvvəl dövlət torpağını zəbt edib ev tikdi – Məhkəmə cəzalandırdı
    Dünən, 18:25 | Dövlət xətti ilə ipoteka kreditinin verilməsi qaydaları dəyişdi
    Dünən, 18:21 | Ağstafanın Aşağı Göycəli kəndindən olan Birinci Qarabağ müharibəsi şəhidimizin anası evində ziyarət olunub
    Dünən, 18:13 | Zal Yusifovun oğlunun işi: Səs yazısı var...
    Dünən, 18:11 | Azərbaycanda aliment artırılacaq
    Dünən, 17:30 | Ağstafa rayon Heydər Əliyev Mərkəzində 8 Noyabr Zəfər Gününə ithaf olunan “Gülüstan” tamaşası nümayiş etdirilib
    Dünən, 16:42 | Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
    Dünən, 16:37 | Ramiz Mehdiyev Xoşqədəmi bu yolla öldürtmək istəyirmiş - Planın üstü necə açılıb?
    Dünən, 16:34 | Prezident 2 fərman imzaladı
    Dünən, 16:13 | Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarıldı
    Dünən, 16:11 | Mehdiabad sakinlərinin avtobus problemi: bəziləri gecikir, bəziləri qəsəbəyə girmir
    Dünən, 16:10 | 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü - O hadisədən əvvəl nə deyib? - YENİLƏNİB
    Dünən, 16:07 | Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
    Dünən, 15:30 | Daxili işlər naziri Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
    Dünən, 15:12 | Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu
    Dünən, 14:43 | Şirvan kanalından Hacıqabul gölünə su axıdılacaq
    Dünən, 14:16 | Bu yol tam bağlandı
    Dünən, 14:10 | Vəzifəli şəxslərə kənar fəaliyyətlərlə əlaqədar məhdudiyyətlər və qadağalar qoyulacaq
    Dünən, 13:59 | İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər
    Dünən, 13:57 | Yaşayış minimumu və ehtiyac meyarının məbləği artırıldı
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.