Ermənistan RAZILIQ VERDİ - Bu baş verərsə, Azərbaycanla sərhədə...
Ermənistan delimitasiyadan sonra Ermənistan-Azərbaycan sərhədində üçüncü dövlətlərin qüvvələrini yerləşdirməməyə hazırdır. Mediaxeberleri.Az xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan “Armenpress” agentliyinə müsahibəsində deyib . “Biz təklif edirik ki, üçüncü ölkələrin qüvvələrinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiya olunmuş hissələrinə erləşdirilməməsi haqqında əsasnamə genişləndirilsin və bu məntiqlidir. Çünki bu ərazilərdə eskalasiya riski delimitasiya hesabına əhəmiyyətli dərəcədə azalır, ən azı minimuma endirilir", - Paşinyan bildirib. Martın 20-də Ermənistan parlamenti ölkə ilə Avropa İttifaqı arasında Azərbaycanla sərhəddə Aİ-nin mülki müşahidə missiyasının statusu haqqında sazişi ratifikasiya edib. Yerevan və Aİ arasında müvafiq saziş 2023-cü ilin noyabrında imzalanıb. Bundan əvvəl Avropa Parlamenti Ermənistanla əlaqələrin gücləndirilməsi ilə bağlı qətnamə qəbul edib və ölkəyə Avropa İttifaqına üzv olmaq üçün namizəd statusunun verilməsi təklifini öyrənməyə çağırıb.