Həsənov onu Hərbi Dəniz Qüvvələrinə komandan təyin etdi
Azərbaycan Hərbi Dəniz Qüvvələrinə komandan təyin edilib. Mediaxeberleri.Az Bakupost.az-a istinadən xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmrinə əsasən, bu posta 1-ci dərəcəli kapitan Şahin Məmmədov təyinat alıb. Xatırladırıq ki, Şahin Məmmədovdan əvvəl Hərbi Dəniz Qüvvələrinə vitse-admiral Sübhan Bəkirov komandanlıq edirdi. Mediada onun adı müxtəlif qanunsuz əməllərdə hallandırılıb. Məhz Sübhan Bəkirovun dövründə 1-ci dərəcəli kapitan Şahin Məmmədov öz arzusu ilə ordu sıralarından ehtiyata buraxılıb.
Oxunub: 40
Xəbəri paylaş
Paylaş: