Təhsil Nazirliyi 100 manatlıq şirkətdən 8 milyonluq tədris laboratoriyaları və STEAM avadanlıqları alır
Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Təmir və Təchizat İdarəsi 7 970 094 manata tədris laboratoriyaları və STEAM avadanlıqları alır. Mediaxeberleri.Az-ın xəbərinə görə, İdarə bu məqsədlə "JBA Group" MMC ilə müqavilə bağlayıb. Alınacaq məhsullara 3D qələmlər, PLA filamentlər, PCL filamentlər, Arduino nano plataları, BlueTooth Robot maşın dəstləri və Lazer CNC maşınları daxildir. Qeyd: Nizamnamə kapitalı 100 AZN olan şirkətin qanuni təmsilçisi Süleyman Məmməd oğlu Süleymanovdur. MMC bundan əvvəl də bir neçə dövlət qurumunun elan etdiyi tenderin qalibi olub.
Oxunub: 110
Xəbəri paylaş
Paylaş: