Restoran işlədənlərə VACİB XƏBƏR
Bu ilin may ayında ölkəmizdə restoranlara da hotellər kimi ulduz kateqoriyalarının verilməsi ilə bağlı proseslərə start verilib, artıq bununla bağlı müraciət edib ulduz əldə edən restoranlar da var. Bəs bu proses necə aparılır? Mediaxeberleri.Az ATV-nin "İqtisadi zona" verilişinə istinadən xəbər verir ki, artıq bir müddətdir Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida sahəsində fəaliyyət göstərən ictimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqinin müəyyənləşdirilməsini həyata keçirir. Reytinq təsnifatı üç, dörd, beş ulduz olmaqla aparılır. Restoranların ulduz kateqoriyası alması könüllüdür, istənilən sahibkar özü bu təşəbbüslə elektron və ya hətta yazılı formada Qida Təhlükəsizliyi İnstitutuna müraciət edə bilər. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) şöbə müdiri Samir Mehralıyev bildirib ki, müraciət edildikdən sonra 33 gün ərzində Qida Təhlükəsizliyi İnstitutu və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən müraciət etmiş sahibkarlıq subyektində qiymətləndirmə aparılır: "Növbəti 13 gün ərzində isə artıq qarşı tərəfə qida subyekti ilə bağlı nəticələrlə bağlı rəsmi bildiriş göndərilir. Artıq bu çərçivədə ilk dəfə olaraq beş ulduz verilən restoran da var. Müraciətlər çoxdur, qiymətləndirmələr hazırda da davam edir". Ətraflı süjetdə: