İnternet xətlərini çəkən işçilər maaşlarını ala bilmirlər
"Upsilon" MMC-nin bölgələrdə internet dirəklərinin basdırılması və kabellərin çəkilməsi işini görən işçiləri maaşlarını ala bilmirlər. Onlar 6 aydır ki, ödənişlərini almayıblar. Mediaxeberleri.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, iddialara görə, şirkət 60-a yaxın işçinin əməkhaqlarını vermir və onları yalan vədlərlə gözlədir. İşçilər deyirlər ki, onlara həvalə olunan işi vaxtında təhvil veriblər. Məsələ ilə bağlı şirkətdən "Xəzər Xəbər"ə bildirilib ki, ilin sonunadək təhvil-təslim prosesi yekunlaşdırılacaq və işçilərin maaşları tam ödəniləcək. Ətraflı süjetdə:
Oxunub: 202
Xəbəri paylaş
Paylaş: