FHN-in kişilərdən ibarət voleybol komandası yarışın çempionu oldu
Gənclər və İdman Nazirliyinin voleybol zalında Azərbaycan Voleybol Federasiyası, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə dövlət qurumları arasında voleybol yarışı keçirilib. Fövqəladə Hallar Nazirliyindən Mediaxeberleri.Az-a verilən məlumata görə, yarışda iştirak edən FHN-in kişilərdən ibarət yığma komandası yüksək nəticə göstərib. Belə ki, 9 komandanın iştirak etdiyi yarışda FHN-in komandası bütün rəqiblərinə qalib gələrək finala yüksəlib. Finalda isə SOCAR komandası ilə üz-üzə gələn FHN-in komandası 2:0 hesablı qələbə ilə yarışın çempionu adını qazanıb. Qaliblərə Gənclər və İdman Nazirliyinin təsis etdiyi kubok və medalar təqdim edilib.
Oxunub: 251
Xəbəri paylaş
Paylaş: